Azərbaycan- İraq Mədəni Əlaqələr ictimai birliyinin ofisində " Şəhidlərimiz heç vaxt unudulmur" mövzusunda tədbir keçirilmişdir.
AİBƏİB- nin sədri , Dünya Sülh səfiri Tahirə Məmmədova tədbiri açaraq ordumuzun 44 günlük müharibə dövründə qazandığı qələbədən danışdı, qazilərimizə şəfa dilədi və cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi.İraqda, Türkiyədə böyük layihələrə imza atan və Azərbaycanı xarici ölkələrdə şərəflə təmsil edən
Tahirə Məmmədova üç dildə çap olunmuş " Qarabağ " kitabını və " Güllələnmiş , qətl olunmuş Qarabağ mədəniyyəti" adlı çəkdirdiyi sənədli filmin disklərini tədbir iştirakçılarına təqdim etdi. AİMƏİB- nin sədr müavini Hafiz Osmanov, ictimai birliyin fəal üzvlərindən Şahzadə Bayramova, Püstə Rəvan, İradə Məlikova, Svetlana Osmanova, Nəcibə Ağamalıyeva , Şəhla İbrahimova və başqaları mövzu ətrafında ətraflı çıxış etdilər.
Sonra Tahirə Məmmədova bir qrup ziyalıları səmərəli fəaliyyətinə görə cəmiyyətin adından fəxri diplomla və təşəkkürnamə ilə mükafatlandırdı.
Təltif olunanlar arasında yuxarıda adları çəkilən dostlarla yanaşi, birliyin işində fəal iştirak edən Azərbaycan İdman Jurnalistləri Asossiyasınin prezidenti, əməkdar jurnalist Eldar İsmayılov, uzun illər ordu quruculuğunda , hərbi komisarlıqda səmərəli fəaliyyət göstərmiş Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Rasim Sadıqov, naşir, jurnalist, alim Müşviq Borçalı xeyriyyəçi Hacı İntiqam Ağayev, iş adamı Yaşar Məmmədov və bu sətirlərin müəllifi, də fəaliyyətinə dəyər verdiyinə görə Tahirə Məmmədovaya təşəkkürlərini bildirmişlər.
Şüvəlan da yaşayan xeyriyyəçi Hacı İntiqam Ağayev novruz bayramı ərəfəsində keçirilmiş tədbirdən çox duyğuları və istedadlı qələm sahibi Gülarə Munisin onun haqqında yazdığı kitabı sədrə təqdim etdi. İntiqam müəllim bütün iştirakçıları Şüvəlana növbəti xeyriyyə tədbirinə dəvət etdi .
Onu da qeyd edim ki, Hacı İntiqam şəhid ailələrinə daim diqqət və qayğı göstərir.
Polkovnik Rasim Sadıqovun layihə rəhbəri və baş məsləhətçisi olduğu, maddi vəsaiti ilə çap etdirdiyi türk dünyasının əvəzedilməz lideri Rəcəb Teyyub Ərdoğanın misilsiz fəaliyyətinə həsr etdiyi "Tarixi şəxsiyyətlər" jurnalını ( baş redaktor Xəlil Qarəhmədovdur), həmçinin milli ruhda dərc olunmuş, şəhidlərimizin adını hər zaman uca tutan " Həkəri" və "Dodo " qəzetləri hədiyyə edildi.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
Rauf İlyasoğlu
AİMƏİB- nin mətbuat xidməti rəhbəri