Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin kollektivi Şəhidlər Xiyabanını ziyarət etdilər.
Ötən həftə məktəbin müdiriyyəti və müəllim kollektivi şəhidin ailəsinə baş çəkmiş və Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidin qəbrini ziyarət etmişlər.
Vətən uğrunda II Qarabağ Müharibəsində şəhidlik zirvəsinə yüksələn Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdi olmuş Yusifov Hüseyn İsaq oğlu 2 oktyabr 2020-ci il Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanmış və qəhrəmancasına arzusu olduğu şəhidlik zirvəsinə ucalmışdır. 88 gün itkin düşən əsgərimiz 26 dekabr tapılaraq Sumqayıt şəhəri Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Alıah bütün şəhidlərimizə rəhmət eləsin!
“XeberTıme.az”