SON DƏQİQƏ

Novruz naxışları

Tarix:18-03-2021, 23:55

Martın 16-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Novruz naxışları” adlı sərginin açılışı və eyniadlı kataloqun təqdimatı keçirildi. 

Tədbirdə muzeyin direktoru Şirin Məlikova, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək Arif Hüseynov yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən danışdılar, rəssama təbriklərini çatdırdılar.

Sərgidə eyni zamanda müxtəlif ölkələrin səfirləri, səfirlik nümayəndələri və tanımış rəssamlar iştirak edirdilər. 

  “XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ