SON DƏQİQƏ

Mətbuatın görkəmli simasının bu gün ad günüdür

Tarix:19-03-2021, 01:24

Bu gün "Qızıl qələm" mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf   İlyasoğlunun 62 yaşı tamam olur.  Mətbuatda öz qələmi ilə sözünü demiş şair-publisist, Rauf  İlyas oğlu Allahverdiyev 1959-cı il martın 19-da Ağdam rayonunda  görkəmli şair, jurnalist, mətbuatın dəyərli simalarından biri olan İlyas Allahverdiyevin ailəsində dünyaya gəlmişdir.  İlk məqaləsi 1975- ci ildə Ağdam rayon qəzetində ( "Lenin yolu") çap olunmuşdur. Uzun illər Yeni Nəşrlər katoloq jurnalının məsul katibi və Respublika qəzetiində məsul katibin müavini, xüsusi müxbir, analitik informasiya şöbəsinin müdiri və sair vəzifələrdə çalışmış saysız hesabsız tədbir yazıları, oçerkləri məqalələri , şeirləri dövrü mətbuatda , Türkiyə İran , Misir Ərəb Respublikası, İraq və bir çox ölkələrin mətbuat səhifələrində çap olunmuşdur.
Türkiyədə keçirilmiş beynəlxalq festivallarda şairlər məclisinin iştirakçısı olmuş və ödül və diplomlara layiq görülmüşdür. Bir çox ictimai birliklərin ictimai əsaslarla mətbuat xidməti rəhbəridir.                                                                                              

2011-ci ildən orta məktəb dərsliklərində Azərbaycanın Milli Qəhrəman  “Mübariz İbrahimova” həsr olunmuş seiri yer alıb. Azərbaycanda çıxan nüfuzlu qəzet və jurnallarda, bir sıra kütləvi informasiya vasitələrində onun yazdığı məqalələri, yazıları, seirləri dərc olunmuşdur. Rauf İlyasoğlu daima Azərbaycan mətbuatına xidmət edən  və xarici ölkələrdədə, Beynəlxalq festivallarda Azərbaycan poeziyasını mükəmməl təbliğ edən  şairdir. 19 ilə yaxındır ki, ən çox oxunan “Həkəri” qəzetinin baş redaktoru olaraq bu qəzeti yaşadır. “Gunaz.az” saytının redaktorudur.                                                               
Rauf İlyasoğlu 13 elmi, publisist, tibbi, dini kitablarınım müəllifidir.                               
2005-ci ildə "Xatirəyə dönmüş anlar "                                            
"Dostlara dost töhfəsi" ,                                                                         
"Könül duyğularım"(2 cildlik) ,                                                              
"Dost sədaləti"                                                                                                   " Karikaturaçı rəssam " dünya şöhrətli alim “Kərim Kərimov",                                         
"Bayramsiz Laçın, Laçınsiz Bayram" ,                                                        
"Aprel şəhidləri Pəncəli Teymurov" və digər kitabları çap olunmuşdur.                          
3 cildlik şeirlər,  povestlər  və hekayələr kitabı çap olunmaq ərəfəsindədir. Atası İlyas Qəmginin Qaragöl"  romanının, " Mənim inamlı dünyam və üç cildlik " Yolda qalan izlər " kitablarının  tərtibcisidir.                                           
Ustad qəzəlxan şair Həkim Qəni haqqında görkəmli alim yazıçı  və sənət adamlarından müsahibə alaraq   “Həkim Qəni"  kitabını tərtib etsə də öz adını redaktor yazdirmaqla müəllifi olmuş Həkim Qəninin xatirəsini əziz tutaraq oğlu Cavidi tərtibci yazdırmaqla böyük ürək sahibi olduğunu sübut etmişdir.                                                    
Sevimli aktyorumuz Rami Əzizbəylinin dörd cildlik əlyazmalarını; (şeir, hekayə, aforizm, müsahibə  təhlili yazılarını)  kompüterdə yazdıraraq çap olunması üzrədir.  Həmçinin Ramiz Əzizbəyli haqqında yazdığı məqalə və tədbir yazılarını da kitab formasında çap etdirmək ərəfəsindədir.                                                                                                     
Milli Qəhrəman Allahverdi Bağırov haqqında kitabı da tamamlayaraq  əlyazmalarını toplayaraq gərgin iş şəraitində çalışır. İkinci qrup əlildir.                                         
Türkiyənin nüfuzlu antologiyalarinda şeirləri dərc olunmuş və ödillərə layiq görülmüşdür.və s. 600-dən kitabın redaktoru, ön söz müəllifi, məsləhətçidir. Ailəlidir, 3 övladı var.                              Sabir Məmmədovun təbriki:                                                                                       

Unutmaq çətindir, inan şairi,
Onu çox istəyir, dostlar hər biri.
Şeirlə ovudur, O, qəlbimizi.
Əziz ol hımişə, yaz yarat şair.
Bütün ürəklərdə, yuva qur şair.!
                                                                                    

Hər zaman özünə qarşı tələbkar və yaradıçılığı üzərində daima işləyən yazıçı-publisist, dəyərli ziyalımız, əzizimiz Rauf İlyasoğlu bu gün ömür karvanınıza bir yaşda qoşuldu.  sizə möhkəm can sağlığı, uzun ömür, işlərinizdə və ailənizdə yeni-yeni uğurlar, bundan sonrakı həyatınızda mənalı və şərəfli ömür arzulayıram. Ad gününüz mübarək! 80 -100 ilinizi vərəqlədikcə bizlərlə olasınız.   
Həmişə üzünüzdə təbəssüm. həyatınızdan sevinc  sevgi, əksik olmasın. Qələminiz iti, ömrünüz uzun  olsun! 

Yeganə Telmanqızı                                                         
“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ