Novruz ulu tariximizdə özəl yeri və önəmi olan xalq bayramıdır.
Novruz ulu tariximizdə özəl yeri və önəmi olan xalq bayramıdır.
Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi olub,
Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir.
Allaha çox şükürlər olsun ki, xalqımız bu il qələbə sevincini yaşayaraq Zəfər tarixini yazdı. ldən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna davam etdirir. Bu ilki Novruz ölkəmizin həyatında mühüm məqama –yeni qələbə tarixi yazdığımız ilə təsadüf edir. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev cənablarının qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür, bu siyasəti ürəkdən dəstəkləyir və onun davamlı olmasını diləyir.
Əziz həmvətənlərim! Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat, sağlam həyat diləyirəm. Hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinc arzu edirəm.
Novruzun qədəmləri mübarək olsun!
Hörmətlə: Əkbər Yusifoğlu
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil