SON DƏQİQƏ

Yeni yaşın mübarək Vətənimin şəhid oğlu

Tarix:20-03-2021, 10:24

Xüsusi Təyinatlı Qüvvələrinin giziri Şahmar Mənəfov yaşasaydı bu gün 31 yaşı olurdu. 

Mənəfov Şahmar Vidadi oğlu 20 mart 1990-cı ldə Neftçala rayonu Cəngan kəndində ziyalı ailədə dünyaya gəlmişdir. 1996-2007-ci illərdə şəhid C.Əhmədov adına Cəngan kənd tam orta məktəbində təhsil alır. 2008-ci ildə həqiqi hərbi xidmətə yola düşür. Ağdam rayonu Quzanlı kəndində yerləşən N saylı hərbi hissədə düşmənlə üz-üzə təmas xətdində xidmət edir. Hərbi xidmətdə hərbi sirlərə yiyələndikcə hərbi sahəyə marağı artır. 2009-cı ilin mart ayında hərbi xidmətini başa vuraraq doğma Cəngan kəndinə qayıdır. Hərbi sahəyə marağı böyük olduğu üçün 2011-ci ildə Şahmar sənədlərini hərbi hissəyə təqdim edir, Sülhməramlı Qüvvələrinin hərbiçis kimi işə qəbul olunur. Müxtəlif ölkələrdə Bolqarıstanda, Macarıstanda, Əfqanıstanda, Türkiyədə və digər ölkələrdə hərbi təlimlər keçərək beynəlxalq sertifikatlar alır. Erməni dilində sərbəst danışır. 3 ildən sonra 2014-ci ildə  Xüsusi Təyinatlı Qüvvələrində MAHHXH  qulluqçusu vəzifəsində işləməyə başlayır. 6 ay sonra kurs keçərək gizir rütbəsi alır. Cəlilabad rayonu N saylı hərbi hissəsində xidmətə başlayır. Hərbi kursantlara və əsgərlərə Dağ təlimlıərində kurs keçir. Qələbə  tariximizin ilk yazılan səhifəsi olan Aprel döyüşlərində 6 erməni postunu keçib gedərək Lələtəpə yüksəkliyinə ilk bayraq sancan döyüşçülərimizdən biri idi.                                                                 

2020-ci avqustun 1-də sevib seçdiyi Bəyim xanımla ailə həyatı qurur.                    

27  sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən XTQ-nin hərbiçi giziri ön cəbhəyə yollanır. İşğalçı düşmənə qarşı bütün əks-hucum əməliyyatlarında   fədakarlıqla iştirak edir. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Şüşa uğrunda gedən ağır döyüşlərdə cəsurluqla vuruşaraq 7 erməni postunu dağıdaraq düşmənin bir neçə tankını, zirehli texnikasını, “Ural” markalı hərbi maşınlarını, silah-sürsatını ələ keçirərək yüzlərlə erməni hərbiçisini əsr götürür. Qarabağ torpaqlarını düşmənin muzdlu döyüşçülərindən təmizləyib.                                     

Hər zaman öndə gedən Cagira ləqəbli igidimiz düşmənə qan udduraraq bir sıra uğurlu əməliyyatlardan keçir, 4 gün susuz vuruşur. Torpaqlarımızı qarış-qarış azad olunmasında igidlik göstərərək vuruşur. Cəbrayılın mərkəzində düşmən bayrağını çıxarıb, Azərbaycan bayrağını yüksəklərə qaldırır.                                           

21 oktyabr...Altı kəşfiyyatçı hərbiçi ilə dumana düşürlər, bir-birinin əlindən tuturlar ki, duman çəkilsin.  Şuşaya gedən yolda erməni ilə əlbəyaxa döyüşürlər. X.T.Q-nin giziri Şahmar Mənəfov Şuşa uğrunda gedən döyüşlərdə, burnundan, qolundan və ürəyindən yaralanaraq 30 yaşında şəhidlik zirvəsinə ucalır. 23 oktyabr böyüyüb-boya-başa çatdığı Cəngan kəndində el qəbirsanlığında anasının yanında uğrunda öldüyü, canı, qanı qədər sevdiyi Vətən torpağına tapşırılır.               

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 11 ilin təcrübəli, işinin peşəkar olan hərbiçi Mənəfov Şahmar Vidadi oğlunu bir sıra medallar və ordenlə təltif etmişdir:       

“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubiley” medalı, “Azərbacan Ordusunun 100 illik yubiley” medalı, ölümündən sonra “Qarabağ” ordeni və“Vətən uğrunda” medalı.  Bütün ailəsi  və böyük Azərbaycan xalqı qəhrəman oğlu Şahmar Mənəfovla fəxr edirlər.                             

Yeni yaşın mübarək şəhid qardaşım!  

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”


                                                                                                                                                                         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ