SON DƏQİQƏ

Paytaxtda sıxlığın qarşısını necə almaq olar?

Tarix:20-03-2021, 20:08

Avtobusların işləməməsi virusun qarşısını ala bilərmi? Avtobuslar işləyəndə məgər ara məsafə gözlənilirdimi? 
Vəzifələrə   ixtisasa uyğun ,savadlı kadrları seçmək əvəzinə papalarının gül balaları olan savadsız  adamları  seçəndə  ölkə geriyə gedər.
Milyonlara sahib olanların gözü niyə doymur? 
Rayon və kəndlərdə yeni iş yerləri açaraq insanların dolanışığını təmin etmək lazımdır. 
Urbanizasiyanın - yəni  kəndlərdən  şəhərə axının qarşısını almaq üçün insanların  kəndə qayıtmaq marağını artırmaq lazımdır.
Ekoloji cəhətdən keyfiyyətli  qida və yeyinti  məhsulları istehsal etmək   xəstəliklərin qarşısını alan əsas amillərdəndir.
Nə qədər ki, nərdivanla pomidor yığılır,  diz ki torpağa dəymir,  kökü  mənşəyi bilinməyən neçə cür  gubrəylə  məhsul yetişdirilirsə , keyfiyyətə nəzarət zəif olarsa xəstəliklərin sayı durmadan artacaq.
İnsanları hündür binalara pərçim etmək  fikrimcə düz deyil.
Asvalt üzərində böyüyən insan torpağı sevə bilərmi? 
Hansı nazirlik rüşvətsiz , vicdanla  işləyir?
 Hansı nazirlik təmənnasız gənc kadrları işə qəbul edir? 
Nə qədər ki qohumbazlıq, tayfabazlıq hökm sürür, hərə bir yana dağıdacaq. 
Əgər bir rayonun icra başçısı dələduz olmasa, vicdanla işləsə, yuxarıdan  rüşvət tələb olunmasa ,
kimin  nə hünəri çatar ki, rüşvət alsın, qanunu pozsun, iş yerlərini gənclərin üzünə bağlasın? 
.Ay Nağdəli müəllim sizə sual verirəm. 
Çünki,  siz rayonların icra hakimiyyətlərinin baş kuratorlarindan biri  kimi  kimin  necə nəfəs aldığını bilmirdiniz ? 
Gürcüstandan nümunə götürün.
Dövlət adamlarının əlindən xidməti maşinlar  alınsa, onlar da avtobusla işə gedib gəlsələr,  bu millətin içində olmaqla nə zillət çəkdiklərini bilərlər.
Bu qədər tıxac yaratmaqla taksilərə o vaxt meydan vermək olar ki, ən aşağı pensiya 899 manat olsun .
Onsuz da kərə yağı adıyla marketlərdə palma yağı satılan bir ölkədə neçə özəl klinika və ya aptek olduğunu bilirsinizmi? 
Otuz qırx il əvvəl Bakıda bir Semaşka adına Dövlət xəstəxanası var idi.
Ticarətcilər özəl klinikalar açaraq insan qatilinə çevrilərək  həm qanımızı sorur, həm əzrayil gəlmədən  canımızı alır,  həm də pulumuzu sümürüb udurlar.. 
Əziz dostlar! təkliflər verin. Belə bir misal var;-Ağıl ağıldan üstündür 
Tarif şurasına  və qanunlara nəzarət edənlər qanuna imza atanlar, rəhbər göstərişlər verənlər xalqın ziyanına qərar qəbul etməsinlər.
Qanunda olan boşluqları aradan qaldırsınlar.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ