Vətəpərvər qardaşları təbrik edirəm.
19 mart 2021-ci il tarixində Ağstafa şəhəri Yazıçılar evidə Azərbaycan Əfqanistan Veteranları İB Ağstafa rayon Filialinin təşəbbüsü və Ağstafa rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Müşviq Hüseynovun iştiraki ilə ölkəmizin və rayonumuzun ictimai, sahibkarliq fəaliyyətində fərqlədiyinə görə bir sıra sahibkarlar təltif olundular. ƏVİB-nin təsis etdiyi veteran hərəkatina dəstəyinə görə medalı və Ağstafa rayon İcra Hakiyiyyəti başcısının sərəncamı ilə Fəxri Fərman təqdimat mərasimi keçirilib. Sahibkar-xeyriyyəci ən çətin eyni zamanda məsuliyyətli məqamda, millətinə və dövlətinə sadiqliyi ilə seçilən Kərimov Vuqar Əsəd oğlu, Vəliyev Elşad Mahmud oğlu medal və fəxri fərmanla təltif edildilər.
Mirzahid Hacıyev
A.Ə.V.İ.B Ağstafa üzrə sədri