SON DƏQİQƏ

“Həkəri” qəzetinin növbəti buraxılışı işıq üzü görüb-FOTO

Tarix:22-03-2021, 02:01

“Həkəri” qəzetinin mart ayına olan buraxılışı “Novruz Bayramına” həsr olunub.                                                                Qəzet 4 səhifədən ibarətdir.                                                            
Birinci səhifədə Qarabağ qazisi islamşünas Hacı Həsən Hüseyninin “Şərq ölkələrində qeyd olunan müqəddəs bayramlar” haqqında geniş matrealı yerləşdirilib. İkinci və üçüncü səhifələrində Respublika Mərkəzi dövlət Elm və Texniki sənədlər Arxivinin sabiq direktoru Şahsuvar Haşımovun 4 məqalədən ibarət  “Mən, Azərbaycanda nəhəng bir mərkəzi dövlət arxivinin rəhbəri kimi daha çox tanıdım” adlı yazısı və Zeynəb Əliqızının “Vətən ətərli bahar” adlı essesi dərc olunub. Dördüncü səhifədə isə tarixçi, şair-publisist Nazim Tapdıqoğlunun  şair Əli Vahid Çaylının “Şirvanın şair oğlu”, Paşa Ağaoğlunun “Yazdığın ümmündı” seiri, “Həkəri”qəzetinin baş redaktoru Rauf İlyasoğlunun Vahid Süleymanovun- 80 və “Şəhidlər Unudulmur” adlı yazıları, AJB-nin üzvü, AYB-nin üzvü Emin Baratoğlunun ”Uğurlar arzulayırıq” və “Şəhid ailəsində” matrealları yer almışdır.   
Xatirladaq ki, “Həkəri” qəzeti 18 ildir işıq üzü görür və respublikada ən cox oxunuan qəzetlər sırasındadır və 8 səhifədən ibrətdir. Qazetin baş redaktoru Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist  Rauf İlyasoğludur.                                                                                 
Ayda bir dəfə çap olunan " Həkəri " qəzeti  mətbuat , kitabxana və mədəniyyət işçiləri, arasında, AYB də, AJB də, işğaldan azad olunmuş rayon sakinləri arasında, eyni zamanda  Respublikamızın  müxtəlif bölgələrində  səhidlərimizin ruhuna xatir  pulsuz yayımlanır.             

Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik. 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ