Adil sozünun ağasıdır!
Yaxşı yadımdadır. 2005 ci ildə Deputat seçkiləri ərəfəsində Qarabağ müharibəsi veteranı, Sambo cüdo üzrə dəfələrlə Azərbaycan və Zaqafqaziya çempionu, Ağdam rayon polis şobəsinin əməkdaşı olmuş son beşik , mərhum Namiq qardaşım Nərimanov rayonunda yaşadığım evə gələrək dedi:- Rauf, gedək səni bir nəfərlə tanış edəcəyəm. Çox yaxşı insandır.
Biz yaxınlıqdakı Neftçinin bazası ilə üzbəüz seçki qərargahına gəldik. Xeyli adamın olduğu qərargahda, bizi, deputatlığa namizəd Adil Əliyev qarşıladı.
Jurnalist olduğumu biləndə çox sevindi və dedi, :-Sizin kimi ziyalılar, jurnalistlər bizim ətrafımızda olmalıdır ki, biz səsimizi seçicilərə daha asan və qərəzsiz bir şəkildə çatdıraq.
Çay süfrəsi ətrafında çox səmimi söhbətimiz oldu. Gələcək millət vəkilinin seçki platforması ilə tanış olduq.
Nərimanov rayon sakinlərini seçkidə fəal iştirak etməyə cəlb etməyə başladıq.
Ertəsi gün seçki kompaniyası başlayandan seçki gününə qədər Adil Əliyev hər gün 20 saylı Nərimanov rayonu 2 ci seçki dairəsinin ərazilərini bir - bir gəzərək mütəmadi olaraq sakinlərlə görüşlər keçirir və onların fikirlərini, problemlərini diqqət mərkəzində saxlayırdı.
Hər bir mənzildə yaşayan insanlarla tanış olur və onların dərd- sərindən halı olurdu.
Nərimanov rayon sakinlərini seçkidə fəal iştirak etməyə cəlb etməyə başladıq.
2005- ci ilə qədər sakinlər əvvəlki deputatlarını heç tanımırdılar.
Çünki 2005- ci ildən əvvəl seçilmiş deputatlar seçiciləri ilə bir dəfə də olsun görüşmədikləri üçün rayon sakinləri vaxtilə fəaliyyətsiz deputatlarını tanımayiblar.
2005- ci ilin Seçki kompaniyası ərəfəsində isə təbliğat o qədər güclü və operativ təşkil olunmuşdusa , eyni zamanda deputatlığa namizəd Adil Əliyevin seçicilərlə müntəzəm görüşlərindən seçicilər , bütün sakinlər sevinərək razı qaldıqlarını bildirdilər.
Adil Əliyevin düşüncəsi ondan ibarət idi ki, O, hər zaman çıxışlarında bir məqamı tez- tez vurğulayırdı. "Kimə səs verirsinizsə verin, amma seçkiyə mütləq gəlin, istədiyiniz namizədə səs verin ki, bülletenlər boş qalmasın"- deməsi 2005- ci ildə keçirilən seçkilərdə bir yenilik idi.
Bu düşüncə ən əsası ölkədə demokratıyanın inkişaf etməsinə yönəlik bir addım idi.
Adil Əliyevlə bərabər həmin ərazidən deputatlığa digər namizədlər isə Cəbhənin hakimiyyəti dövründə yüksək vəzifədə işləmiş və Respublikada kifayət qədər tanınmış siyasətçi İsa Qəmbər və məşhur vəkil Aslan İsmayılov idi.
Adil Əliyev gecə- gündüz hər bir məhəllədə, vətəndaşları dinləyərək, bacardığı köməkliyi əsirgəmədi. Elə olurdu ki, qərargaha mindən çox sakinlər yığışırdı.
Adil sözünün ağasıdır." başlıqlı məqaləm alqışlarla qarşılandı.
Bir insanın idarəetmədə siyasi savadının olması hər şey demək deyil. Siyasi savadın yanında əxlaq keyfiyyətlərinin olması bizim üçün əsas olmalıdır. Bu Adil müəllimin obrazında tamamlanmışdı.Onda olan mədəniyyətin, yüksək əxlaqi keyfiyyətlərin dəfələrlə şahidi olmuşdum.
Bir hadisəni qeyd etməyi özümə borc bilirəm.
Adil Əliyevin sürücüsü olmuş rəhmətlik Məzahir Gəncəli bir gün qərargahda bizimlə söhbət edirdi:
" Hələ bir neçə il əvvəlin söhbətidir. Bakının kəndlərindən birindən keçirdik.
Birdən Adil dedi: Mazan, maşını burda saxla.
Biz uçuq darvazası, hasarı olmayan bir qədim məscidin həyətinə daxil olduq. Nurani bir kişi bizi qarşıladı. Adil onunla hal əhval tutandan sonra dedi::Ağsaqqal , niyə bikefsən? Nə qulluq edək?
Nurani kişi dedi: Ay bala ,Qarabağdan kəndimizə beş şəhid gətiriblər.Kasib balalarının uşaqlarıdırlar.
Bu baş daşları götürmək lazımdır , ya yox?!
Adil Əliyev əlini ağsaqqalın kürəyinə vuraraq dedi : Ağsaqqal, fikir eləmə, mütləq həll olacaq.
Tez bir zamanda məscidin ərazisi abadlaşdırıldı , beş nəfər şəhidimizin baş daşları adlarına layiq düzəldildi.
Məzahirə dedim: - Ay Mazan, bu söhbətləri qələmə alim?
Rəhmətlik bildirdi ki, Adil tərifi xoşlamır, bunu Allah yolunda edib. Şəhidlərimizə xatir edib.
2005- ci ildə seçki kompaniyası 6 ay davam etdi.
Bu altı ayda Adil Əliyev bütün ərazilərdə görüşlər keçirdi.
İnsanları düşündürən məsələlərlə yaxından tanış oldu.Sakinlərin ərizəsi əsasinda vəzifəli şəxslərə müraciət etdi. Əksər məsələləri özü həll etdi Müxalif qüvvələr isə Adil Əliyevin əleyhinə təbliğat aparsalar da, məğlubiyyətə uğradilar.
Gələcək deputatımızın ərazi üzrə vəkili olaraq təbliğat - təşviqat kompaniyası aparırdıq. İnsanlarda olan inamsızlığı aradan qaldırmağa çalışırdıq. Axşamlar qərargaha toplaşarkən Adil Əliyev hər bir vəkildən sakinlərin problemin soruşub dərhal da köməkliyin edirdi.
Bir gün ərazidə təbliğat apardıqdan sonra axşam qərargaha gəlib
Adil müəllimlə görüşərkən dilxor olduğumu hiss edərək dedi:- Rauf, niyə bikefsən ?
Bildirdim ki, Sabit Rəhman küçəsində bir cavan polis işçisi olan seçicimizin qəfildən ürəyi dayanaraq rəhmətə gedib.
Qardaşları da imkansız ailədir.
Elə bunu demişdim ki, Adil Əliyev yanındakı dostlara bildirdi ki , bu gün görüş təxirə düşür , indi Raufla birlikdə yas məclisinə gedirik.
Adil Əliyev başda olmaqla təxminən 8- 10 nəfər yas mərasiminə daxil olduq. Hüzur sahibləri çox qururlandılar.Adil Əliyev köməkliyin əsirgəmədi.
Onu da, qeyd edim ki, Adil Əliyev kifayət qədər reytinq toplamışdı.
Sonradan həmin ərazidə yenidən sakinlərlə görüşlər təşkil etdi.
Bir çox problemləri imkan daxilində həll elədi.
Kasıb və ya əlil insanlara ,şəhid ailələrinə diqqət ayırdı.
Seçki günündə isə Sabit Rəhman küçəsinin bütün sakinləri könüllü olaraq seckiyə gələrək Adil Əliyevə səs verdilər.
Xeyir- şər məclislərindən qalmayan Adil Əliyev bu gün də öz xeyirxahlığını heç kəsdən əsirgəmir.
Yaxşı yadımdadır.
Şəhid ailələri ilə görüş keçirdərkən Adil Əliyevin sağında şəhid Milli Qəhrəmanımız Gultəkin Əsgərovanın anası rəhmətlik Rəfiqə xanım Əsgərova, solda isə şəhid Arif Vəliyevin anası mərhumə Sona xanım Vəliyevə əyləşmişdi.
Adil Əliyevin təşkil etdiyi elə bir mərasim olmayıb ki o məclisdə şəhid ailələri, Qarabağ qaziləri , müharibə və əmək veteranları, təqaüdçülər iştirak etməsin.
Adil Əliyevin səmimi çıxışı , mehriban davranışı hamını sevindirir. Çünki millət vəkilimiz heç vaxt pafoslu çıxışlar etməyib, seçicilərinə yalan vədlər verməyib . Xalq gözü tərəzidir. Adil Əliyevin sözünün bütövlüyü, cavan ikən müdrik fikirləri insanların ona inamını daha da artırmışdır.
Beləliklə Adil Əliyev bütün məntəqələr üzrə ən yüksək səs topladı və nəhəng siyasətçilərə qalıb gəldi.
2020- ci ildə Adil Əliyev qanvermə aksiyasına qoşulmaq üçün bir gün əvvəl sosial şəbəkələrdə seçicilərinə müraciət etmişdi.
Səhər saat 10-00 radələrində Adil Əliyevin təşkil etdiyi Qan vermə
aksiyasına qoşularaq millət vəkilimizin bu xeyirxah missiyasını dəstəkləyən seçicilər könüllü olaraq qan verdi və həmrəylik nümayiş etdirdi. 200 nəfər donor qan verdi. Bu haqda
" Həkəri " qəzetində və Xəbər times.az , Gunaz.az və digər saytlarda operativ yazı hazırlayıb sosial şəbəkələrdə paylaşdım.
Bu 16 ildə seçicilərinə, şəhid ailələrinə etdikləri yaxşılıqlar, diqqət və qayğı hələ də xatırlanır.
16 il ərzində istər Qurban bayramlarında, istər Novruz bayramlarinda , istərsə də müxtəlif tədbirlərdə sakinləri sevindirən , imkansizlara yardım edən Adil Əliyev din iman əhlidir.Həcc ziyarətinə özü ilə bərabər dostlarını da aparıb.
Neçə imkansız insanları həcc ziyarətlərinə göndərib.
Kikboksinq Federasiyasının prezidenti olaraq xidmətləri danılmazdır. Minlərlə uşaqları və yeniyetmə gəncləri idmana cəlb etməklə zərərli vərdişlərdən uzaqlaşdırıb.Həmin idmançılar Azərbaycanı beynəlxalq yarışlarda şərəflə təmsil etmiş , Dövlət himnimizi dəfələrlə səsləndirərək ölkəmizə Qızıl medallarla qayıtmışlar..
2019- ci ilin mart ayı, virusun təzə yayıldığı gün yadıma düşdü. Dünyanı korona virus dalğası sarsıtmışdı.
İş yerlərinin bağlanması insanların daha çətin vəziyyətə düşməsinə gətirib çıxarmışdı. Vətəndaşlar evdə qalmaqla, olan qalan ərzaq məhsullarını da işlədərək əlacsız vəziyyətə düşərək çətinliklə uzləşmişdilər. Belə bir çətin anda əl telefonuma zəng gəldi. Adil Əliyevin köməkçisi, etibarlı dostu Hacı Famil İsmayılov idi.
Adil Əliyev Nərimanov rayonu üzrə kasıb ailələr üçün pay ayırmışdı. Kasıb ailələrə, bir neçə şəhid ailəsinə, əlil insanlara zəng edərək yardımların çatdırılmasına başladıq.
44 günlük müharibə dövründə Adil Əliyevin fəaliyyətini xüsusilə qiymətləndirmək lazımdır. Əsgər və şəhid ailələrinə diqqət ayıran , onlara qayğı göstərən Adil Əliyevin xeyirxahlığı haqqında yazdıqlarını toplasam, bəlkə bir neçə cildə sığmaz.
" Rauf, sağ əlin verdiyin sol əl bilməməlidir. Biz xalqın xidmətcisiyik. Şəhidlər bizim qürurumuzdur. Şəhid ailələrinə biz borcluyuq" - deyən Adil Əliyevə can sağlığı arzulayıram .
Öz ənənəsinə sadiq qalan Adil Əliyev
2021 ci ilin mart ayının 20 də adəti üzrə yenə də yüzlərlə seçicilərini sevindirdi , bayram sovqatları ilə sakinlərimizin süfrəsini ərzaqla təmin etdi.
Prezidentimiz İlham Əliyevin ailəsi ilə birlikdə Şuşada tonqal qalayaraq Novruz bayramı münasibəti ilə xalqımızı təbrik etməsi sevincimizin üzərinə sevinc qatdı və hər kəsi ruhlandırdı.
Allah sizi , əsgər və zabitlərimizi qorusun!
Yazıma heç bir bəzək vurmadan Milli Məclisin Vitse- Spikeri Adil Əliyevin insanı keyfiyyətlərindən yazmaqla şahidi olduğum hadisələri qələmə almağı borc bildim.
Yaxşılıq unudulmur.
Adil Əliyevin xeyirxah işlərindən az bir qismini yazmaqla hər kəsi humanist, rəhimli, xeyirxah olmağa çağırıram.
Rauf İlyasoğlu ,
Şair- publisist,
2- ci qrup əlil, .
Nərimanov rayon sakini ,
Fotolar Mahir Hüseynbəylinindir