SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:25-03-2021, 00:19

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra”  verlişi 27.03.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-61-ci maddələri “Cinayətin yüngülləşdirən və ağırlaşdıran halların təhlili”,   Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9 və 13 maddələri “Nigahın bağlanması və ləvği qaydaları”, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-192 maddələri “Vəsiyyətnamə və onun formaları”- əhatə edən mövzusunda fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.                                                                                
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                    

1. Abusəməd Səmədov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.    


2. Simuzər Hacıyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                                                                                                            
 
3. Gülşən Rüstəmova – Ailə psixoloqu.                                                          
 

4. Çimnaz Eyyubova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.     
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az” 


                                                                                      

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ