“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır. Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-61-ci maddələri “Cinayətin yüngülləşdirən və ağırlaşdıran halların təhlili”, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9 və 13 maddələri “Nigahın bağlanması və ləvği qaydaları”, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-192 maddələri “Vəsiyyətnamə və onun formaları”- əhatə edən mövzusunda fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:
1. Abusəməd Səmədov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
2. Simuzər Hacıyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
3. Gülşən Rüstəmova – Ailə psixoloqu.
4. Sədaqət Paşayeva - Hüquqmüdafiəçisi, Ailə məsələləri üzrə ekspert.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az”