SON DƏQİQƏ

Mən Azərbaycanımı sevirəm!- FOTO

Tarix:1-04-2021, 01:14

Qarabağ qazisi Ramin Hidayətovun döyüş yolu bütün Azərbaycan gənclərinə nümunədir 
Qarabağ qazimizi tanıyaq: 

Hidayətov Ramin Yelmar oğlu 1993-ci il aprelin 29-da Ağcabədi rayonu Mehrablı kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. 1999-2010-cı illərdə Mehrablı kənd tam orta məktəbində təhsil alır. 2011-ci ilin aprel ayında  H.Əliyev adına Ali Hərbi Məktəbinin hərbi hissəsində həqiqi xidmətdə rabitədə xidmətə başlayır və böyük çavuş rütbəsinə qədər yüksəlir. 2012-ci ilin oktyabr ayında xidmətini başa vurararq böyüyüb boya-başa çatdığı  Mehrablı kəndinə qayıdır. Əmək fəaliyyətinə başlayır, təsərüffatla və maldarlıqla məşğul olur. 2020-ci ilin avqust ayından “Azərişıq” ASC-nin Ağcabədi elektrik şəbəkəsində usta vəzifəsində çalışır. 2018-ci ildə sevib-seçdiri Səma adlı xanımla ailə həyatı qurur. 2 yaşlı Zəhra, 1 yaşlı Gülay adlı qızları var.          
Rabitədə böyük çavuş kimi xidmət etdiyinə görə etiyatda olan əsgər Mehdiyev sentyabrın 29-da  Vətən Müharibəsinə çağrılır. Ağcabədi rayonunda yerləşən “Taxta körpü” adlanan ərazidə yerləşən N saylı hərbi hissədə şəhid polkovnik-leytenant Rəşad Quliyevin əsgəri olur. Oktyabrın 1-də Füzuli rayonunda yerləşən  tank taborunda hərbi hissədə qulluğa başlayır. Lələtəpə,  Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə şücaətliklə vuruşur.

 
Oktyabrın 7-də Qubadlının 3-cü kəndi uğrunda gedən ağır döyüşlərdə minamyot zərbəsindən diz qapağından, böyrək nahiyyəsinin alt hissəsindən qəlpə yarası alaraq yaralanır. Əvvəlcə Füzuli hərbi hospitalına, Əhmədvəlli  və Minabad hərbi hissələrinin hospitalına göndərilir.

 
Sonra  Beyləqan, Ağcabədi hərbi hissələrində yerləşən tibb məntəqələrində  müalicə olunaraq sağalır. Beyləqan rayonunda yerləşən N saylı hərbi hissələrin birinə göndərilir və 12 dekabr  təxris olunur. 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Silahlı Qüvvələrinin hərbi qulluqçusu çavuş Mehdiyev Ceyhun Cingiz oğlunu  “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif etmişdir.                                                                              
Vətən müharibəsi iştirakçısı, qazi Ramin Hidayətov cəbhə haqqında xatirələrini bizimlə bölüşdü:                                                           

- Mən ehtiyatda olan əsgər olmasaydım da, döyüşlərdə iştirak etmək üçün könüllü ərizə ilə müraciət edəcəydim. Mən Azərbaycanımı sevirəm! Onun hər qarışı mənim üçün müqəddəsdir. İllərdə  həsrini çəkərək arzusunda olduğumuz torpaqlarımızı qoruyub işğaldan azad etmək bizim hər birimizin vətəndaşlıq borcudur. inamımız, mərdliyimiz, birliyimiz bizi qələbəyə apardı. Müharibə varsa şəhiddə var. O ali məqəma yüksəlmək hər adama nəsib olmur. Heç unutmaram  mənimlə çiyin-çiyinə vuruşan yüzlərlə əsgər və zabit yoldaşlarımın həyatını xilas edən Taryel həkim və hərbi hissəmizin  layiqli, ürəyi Vətən sevgisi ilə döyünən oğullarımız şəhid oldular. Allah rəhmət eləsin. Onların hər biri xatirələrimizdə yaşayan qəhrəmanlarımızdır!                                                                  
Hər zaman Vətən oğullarını işıqlandıraraq onları ictimayyətə tanıdan sevimli teleaparıcı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil  Əkbər Yusifoğlu bizimlə həmsöhbət oldu:                                       

- Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı və rəşadətli Silahlı Qüvvələrimiz 33 ildən bəri davam edən qanlı-qadalı Ermənistan–Azərbaycan münaqişəsinə cəmi 44 gün ərzində son qoydu. Müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun hər kəs şahidi oldu. Bu Ordu artıq öz adını dünya hərb tarixinə yaza bildi. Biz bu tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi əlbəttə çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk.
Azərbaycan xalqı sizin kimi oğullarla fəxr edir!
Yeganə Telmanqızı 
 
“XeberTıme.az”    




                                                                          
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ