“Azərkitab”da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.
Eyni zamanda soyqırıma həsr olunmuş rəsm sərgisi də təşkil olunmuşdur. Sərginin təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar idi. Tədbirin məqsədi mənfur, namərd qonşularımızın bir əsrdə başımıza açdığı zülmləri, etdiyi əzabları, törətdiyi cinayətləri ifşa etmək, bu günü gənclər arasında tanıtmaqdır. Tədbirin əvvəlində bütün şəhidlərimizin və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirak edən qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə geniş məlumat verilib. Tədbir eyni zamanda “Zoom” proqramı vasitəsi ilə onlayn formatda keçirilib.
“XeberTıme.az”