SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:1-04-2021, 23:49

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra”  verlişi 03.04.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-61-ci maddələri “Cinayətin yüngülləşdirən və ağırlaşdıran halların təhlili”,   Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9 və 13 maddələri “Nigahın bağlanması və ləvği qaydaları”nı əhatə edən mövzusunda fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.                                   
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                    
 
1. Ülviyyə Murtuzova – Yeni Nəsil Innovativ və Sosial Dəstək İctimai birliyin sədri və Kitabxana.net kitab portalının idarə heyətinin üzvü. Ailə məsələləri uzrə ekspert.     
 
2.  Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.   
 
3. Nigar Muradova-  Ailə məsələləri üzrə ekspert, İlin psixoloqu.  


4. Məmmədzadə Fərid- Hüquqşünas   
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”



                                                                                                                                                                                                                                             

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ