SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi- FOTO\VİDEO

Tarix:3-04-2021, 23:45

“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır.  
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-61-ci maddələri “Cinayətin yüngülləşdirən və ağırlaşdıran halların təhlili”,   Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9 və 13 maddələri “Nigahın bağlanması və ləvği qaydaları”nı əhatə edən mövzusunda fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı.                                   
 Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik: 



1. Ülviyyə Murtuzova – Yeni Nəsil Innovativ və Sosial Dəstək İctimai birliyin sədri və Kitabxana.net kitab portalının idarə heyətinin üzvü. Ailə məsələləri uzrə ekspert. 

  
2. Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.   


3. Nigar Muradova-  Ailə məsələləri üzrə ekspert, İlin psixoloqu. 


 4. Məmmədzadə Fərid- Hüquqşünas 


Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.   
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik. 




Yeganə Telmanqızı 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ