SON DƏQİQƏ

Xudatda 8 mindən çox şəxsə peyvənd vurulub

Tarix:7-04-2021, 01:28

Xudat şəhərində bu günə kimi 8 mindən çox şəxsə peyvənd vurulub.
XeberTıme.az  xəbər verir ki, bu barədə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildiriblər.
Qeyd olunub ki, vaksinasiya prosesi strategiyaya uyğun davam etdirilir: "Hazırda Xudatda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyası aparılır. Yanvar ayının 18-dən bu günə kimi şəhər üzrə 8 mindən çox şəxsə peyvənd vurulub".
Xəstəxanadan bildirilib ki, vaksinasiya olunan şəxslər arasında əks-təsir qeydə alınmayıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ