SON DƏQİQƏ

VƏTƏN VƏTƏNPƏRVƏRLƏRİN ÜRƏYİNDƏDİR...

Tarix:7-04-2021, 23:38

6 aprel tarixində Əfqanistan Veteranlari İctimai Birliyi Ağstafa rayon Filialinin 44-günlük Vətən müharibəsindəki  fəaliyyətinə həsr olunmuş  “Vətənpərvərlik dünən, bu gün və sabah” mövzüsünda tədbir kecirilmişdi. Tədbirdə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasında eyni zamanda  44-günlük Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi-hissələrdə şəxsi heyyətin ideoloji, mənəvi, psixoloji və doyüş ruhunun yüksəldilməsi eyni zamanda Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının işinə köməklik göstərərək arxa cəbhədə fəalliqi ilə fərqlənən ƏVİB-nin Ağstafa rayon Filialinin fəal üzvləri. SHXCDX-nin Ağstafa rayon şöbəsinin Fəxri Fərmani ilə təltif edildilər. 
Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin nümayəndəsi Ariz Qədiməliyev, SHXCDX-nin Ağstafa rayon şöbəsinin səfərbərliyə hazirliq şöbəsinin əməkdaşı Niyam Mədətsoylu, Ağstafa rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov, Ehtiyatda olan zabitlər birliyi Qazax rayon filialinin sədri Baxış Hüseynov çıxış edərək, ƏVİB-nin Ağstafa rayon Filialinin fəaliyyənini yüksək qiymətləndiriblər. Cəmiyyətdə hərbi-vətənpərvərlik mövzusunu aktuallaşdırmaq ücün aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq bundan sonrada davam etdirilməsi qərara alındı.

Mirzahid Hacıyev
A.Ə.V.İ.B Ağstafa üzrə sədri 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ