SON DƏQİQƏ

Yaşasaydı bu gün Mahir Xələflinin 20 yaşı tamam olurdu+ FOTOLAR\VİDEO

Tarix:8-04-2021, 09:34

Vətən Müharibəsinin ilk şəhidlərindən biri olan  Mahir Xələflinin bu gün 20 yaşı tamam olur.                                  
“Ümüd Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikovanın təşkilatçılığı ilə Mahir Xələflinin ad günü yüksək səviyyədə qeyd edildi. Şəhid analarının və ailələrinin, Qarabağ qaziləri Anar Şəfiyevin, Həsən Yaqubovovun, Mürşüd Nəcəfovun iştirak etdiyi  tədbir Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarətlə başladı. Şəhidlərin ruhuna dualar oxunaraq Allahdan onlara rəhmət diləndi. Sonra ailə üzvüləri, yaxınları Mahir haqqında xoş xatirələrdən danışdılar. Sumqayıt şəhəri V.İbrahimov adına 35 saylı tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş seirlərlə çıxış etdilər. Məktəbin ibtidai sinif müəlliməsi Nigar Vəliyeva şəhidlərin yüksək məqamından söhbət açdı. Tədbir şəhidin evində ehsan süfrəsi arxasında davam etdirildi.                                                                                      
Xatırladaq ki, Mahir Muxtar oğlu Xələfli 08.04. 2001-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Hələ kiçik yaşlarından  hər kəsin sevimlisi olan, qorxmaz, vətənpərvər Mahirin  hərbi sahəyə böyük marağı olub. Ata-anası əslən Qubadlı rayonunun Qiyaslı kəndindən olduğu üçün hər zaman bu torpaqlarının azad olunmasında onun fəaliyyətini olmağı arzulayıb. Iyilun 9-da həqiqi hərbi xidmətə yolanır Gəncə şəhərində N saylı hərbi hissədə xidmətə başlayır, sonra Daşkəndə  yerləşən hərbi hissələr birində hərbi xidmətini davam etdirir. 27 sentyabr ikinci Qarabağ müharibəsi başlanan  günü Mahir Xələfli döyüşlərə qatılır və Murovdağ istiqamətində gedən ağır döyüşlərdə 19 yaşında şəhidlik zirvəsinə ucalmışdır.          
Tədbirin təşkilatçılığında yaxından köməklik göstərən  xeyriyyəçi xanım Gulşən Quliyevaya və xeyriyyəçi Rahid Eynullayevə öz dərin təşəkkürümüzü bildiririk. 
 Yeganə Telmanqızı 
 “XeberTıme.az”                            
                                                                                                                                            

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ