SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:8-04-2021, 22:33

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra”  verlişi 10.04.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Mülki  Məcəlləsinin 225-ci maddəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234, 237-ci  maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-40-cı maddələri “Ərlə arvadın əmlaklarının hüquqi rejimi"  
mövzusunu əhatə edən  fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.                                   
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:
 
1. Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.       
 

2. Qəndab Fərəcova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil. 
 

3. Qələndər Muxtarlı – Tarixçi, ekspert.                          
 

4. Yeganə Telmanqızı - “XeberTıme.az” informasiya portalının rəhbəri, AJB-nin üzvü.                                                                                                                                                                         

Yeganə Telmanqızı 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ