Bu gün Beynəlxalq Könüllülər Komandası qələbənin 75-ci ildönümü ilə əlaqədar Bakı şəhərində 150 ağac əkdi.
Qarşıda daha bir neçə şəhər nəzərdə tutulur.
"Xatirə bağı" Beynəlxalq Aksiyasının məqsədi dünyada 27 milyon ağac əkməkdir.
Böyük Vətən Müharibəsi və İkinci Dünya Müharibəsi illərində 27 milyon insan firəvan gələcək naminə canlarından keçmişdilər. Bunu xatirəni qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
Aksiyanın Azərbaycanda təşkilatçıları Azərbaycanda Qələbənin 75-ci ildönümünün Beynəlxalq Könüllülər komandası və Azərbaycandakı kazak icmasıdır.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi,
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Prezidenti yanında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı,
Bakı şəhər İcra Hakimiyyəti ,
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar fəxri qonaq qismində iştirak etdilər.
2020-ci ildə, Rusiya Federasiyasının 85 quruluşunda və dünyanın 50-dən çox ölkəsində aksiya keçirildi. Çətin epidemioloji vəziyyətə baxmayaraq, 300 mindən çox insan iştirak etdi.
Beynəlxalq Könüllülər Komandası Azərbaycanda qələbənin 75-ci ildönümündə estafeti Moldova Respublikasından götürdü Özbəkistan Respublikasına estafeti təhvil verdi.
“XeberTıme.az”