“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır.
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234, 237-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-40-cı maddələri “Ərlə arvadın əmlaklarının hüquqi rejimi" mövzusunu əhatə edən fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:
1. Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
2. Qəndab Fərəcova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
3. Sevinc Salehli- Psixoloq, həkim.
4. Yeganə Telmanqızı - “XeberTıme.az” informasiya portalının rəhbəri, AJB-nin üzvü.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az”