İqtisadiyyat elmləri doktoru, professor, " Həkəri" qəzeti redaksiya heyətinin Fəxri üzvü , dostum Zahid Məmmədovun və ömür - gün yoldaşı Fərasət həkimin vəfatı bizi çox kədərləndirdi
Mənim əziz dostum, qardaşım Zahid,
Çıxmazsan dostların heç vaxt yadından.
Yediyim çörəyi əgər
unutsam,
Ağzımın ləzzəti qaçar dadından.
Bilirəm , başın çox bəlalar çəkib,
Bir ana itirdik vaxtsız, vədəsiz,
Ömrünün bağından gulun çəkilib,
Gəl demə özünə gəzirsən, bəxtsiz.
Gözəl balaları böyütdün birgə,
Övlad toyu gördün,
qəhərdən doldun,
Bağında gül əkdin cərgəbəcərgə.
Kəbəni dolanıb sən Hacı oldun.
Birgə sevinərdin nəvə boyuna,
Hər il qurban kəsdin Allah yolunda ,
Aldanmadin tale yazan oyuna ,
Dostlar dayanardı sağın, solunda.
Qəflətən xəstəlik almışdı
canın.
Pərvanətək dolanardin başına,
Fərasət ananın yeyirdi qanın.
Həkim idi yarın, vardı ad- sanı.
Ömür- gün yoldaşın köçdü dünyadan,
Baxmırdın özünə, nə də yaşına.
Sənə xəbər gəldi bəlkə röyadan,
Həsrət qaldın kəndin bulaq başına.
Necə ocaqları biz birgə gəzdik,
Fikir xəyallara düçar olmuşdun.
Vətən yağmalandı, bir təhər dözdük,
Qəlbin sızlayırdı, necə dolmuşdun .
Ən güclü həkimə göstərdin onu,
Təbiblər bəs niyə dərdin bilməsin?
itirdin yarını, dünyanın sonu ,
Duyub eşidirdin ruhlarin səsin.
Yeni ildə sizə bəs necə gedim?
Təbriki bilmirəm mən necə edim?
Baharlı düşməndən azad olan gün.
Bağımda bir süfrə açaram dedin.
Əbədi tərk etdin bizi o gecə,
Röya gördüm sanki, Günay deyəndə .
Sarsıldım bu fani dünyadan necə?
Fələk tez qəddini necə əyəndə ?
Dünyanın çarxını bürüyüb virus,
Səni qorxutdular bəlkə həkimlər,
Sağ -salamat getdin xəstəxanaya,
Günahkarı tapacaqmı hakimlər?
Baxıram boylanan nurlu əksinə ,
Boş qalıb vəzifən, o
gözəl postun.
Dözmək çətin olar dost itkisinə,
Rauf bir an belə unutmaz dostun.
Rauf İLYASOGLU