SON DƏQİQƏ

“Ümüd Xeyriyyə Cəmiyyəti” Aprel şəhidi Rəşid Baxşəliyevin ailəsi ilə birgə anım günün qeyd etdi- FOTO\VİDEO

Tarix:12-04-2021, 12:57

“Aprel şəhidləri” öz qəhrəmanlıqları ilə ilk qələbə səlnaməsini yazdılar.                         Hər zaman şəhid ailələrinin yanında olaraq onlara mənəvi və maddi dəstəyinin əsirgəmiyən nəcib xanım “Ümüd Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikovanın təşəbbüsü ilə bu gün Xırdalan şəhəri Abşeron Gənclər Şəhərciyində yaşayan Aprel döyüşlərində şücaət göstərən  qəhrəman şəhid Rəşid Baxşəliyevin ailəsini ziyarət olundu. Sumqayıt şəhəri V.İbrahimov adına 35 saylı tam orta məktəbin şagirdləri şəhidlərə və şəhid analarına həsr olunmuş seirlərlə çıxış etdilər. Şəhid anası Cimnaz   Baxşəliyeva Rəşid haqqında  xoş xatirələrdən, onun keçdiyi şərəfli həyatdan və döyüş yolundan  danışdı.
Şəhidimizi tanıyaq:                                                                        
Ailənin ilk övladı olan Baxşəliyev Rəşid 23 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində Əliağa və Cimnaz xanımın ailəsində dünyaya gəlmişdir. Buzovna qəsəbəsi 7 saylı məktəbəqədər tərbiyə müəssəsində tərbiyə almışdır. Olduqca sakit, heç nədən qorxmayan bir uşaq idi. 2002-ci ildə Buzovna qəsəbəsinin 26 saylı orta məktəbinin birinci sinifinə daxil olur. Səkkizinci sinifə kimi bu məktəbdə təhsil alır ailəsi yeni evə köcdüyü ücün Rəşid 2011-ci ildə Masazır kənd Əliağa Vahid adına 1 saylı orta məktəbində təhsilini davam etdirir. Məktəb fənlərini zəif oxuyurdu, lakin musiqiyə marağı çox idi. Laçın rayon musiqi məktəbinin qarmon sinifində 5 il təhsil alır. Bütün günü sintezator alətində ifa edirdi. Çox şən oqlan olub Rəsid. 2014-cü ildə orta təhsilini bitirir. Ceyranbatan 4 saylı peşə məktəbinin “traktor sürücüsü” şöbəsinə daxil olur. 2 ay burada təhsil alır. Təhsilini dondurub hərbi xidmətə getmək üçün ərizə yazır. 2014-ci ilin 24 oktyabrında hərbi xidmətə yola salınır. İlk hərbi xidmətini Lənkaranda keçir. Sonra Beyləqan rayonunda “Top Artirelya” kursunu bitirir. Ağcabədinin yuxarı Qiyaməddən kəndində xidmətini davam etdirir. Çox gözəl, dəqiq top vururdu. Əsgər Baxşəliyev zabit kursunu bitirib həmişəlik orduda qalmaq isdəyirdi. Baxşəliyevlər ailəsi Zəngilan rayonundan məcburi köçgündülər. Ürəyi Vətənlə döyünən ata  Baxşəliyev Əliağa 1992-93-cü illərdə döyüşdə vuruşmuşdur.                               
Rəşid aprelin 1-də ordudan təxris olur. Vətənin dar günündə öz arzusu ilə qalıb vuruşmaq isdəyir.                                                                         
2016-cı il 2 aprel 20 yaşlı igidimiz aprel döyüşləri zamanı Azərbaycan-Ermənistan təmas xətində baş verən atışma zamanı şəhidlik zirvəsinə ucalır. Aprelin 11-də Rəşid Baxşəliyev doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında canı qədər sevdiyi Vətən torpağına tapşırılır.   
Xeyriyyəçi xanım Yeganə Surxayevaya, öz dəstəyi ilə hər zaman şəhid ailələrinin yanında olan Sumqayıt şəhəri V.İbrahimov adına 35 saylı tam orta məktəbin  ibtidai sinif müəlliməsi Nigar Vəliyevaya, məktəbinin şagirdlərinə öz təşəkkürümüzü bildiririk.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”










                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ