SON DƏQİQƏ

Şəhid Tərzan Həşimov yaşasaydı bu gün 32 yaşı tamam olurdu- FOTOLAR

Tarix:13-04-2021, 01:57

“Ümüd Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikovanın təşəbbüsü ilə şəhid ailəsi ziyarət olundu.
Ziyarətdə şəhid anaları və şəhid ailələri, Qarabaq qazisi Həsən Yaqubovov, Sumqayıt şəhəri V.İbrahimov adına 35 saylı tam orta məktəbinin şagirdləridə iştirak edirdilər. Hərbi forma geyinmiş məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlərlə maraqlı çıxışlar etdilər. Şəhidin ömür-gün yoldaşı Mətanət xanım Tərzan Həşimovla bağlı xoş xatirələrindən danışaraq onunla fəxr etdiyini söylədi: “Tarzan mənim, qızlarımın və bütün Azərbaycanın fəxridir!”   

11 il həyatını sevə-sevə hərbiyə həsr edən şəhidimizi tanıyaq:
                         

Həşimov Tərzan Qəhrəman oğlu 1989-cu il 13 aprel Lerik rayonu Bibihoni kəndində dünyaya gəlmişdir. 1995-2006-cı illərdə tam orta təhsil alır. 2007-ci ilin aprel ayında  həqiqi hərbi xidmətə yola düşür. Gəncə şəhərində yerləşən  N saylı hərbi hissədə xidmətə başlayır. 2008-ci il 1 oktyabr həqiqi hərbi xidmətini başa vuraraq təxris olunur. Hərbiyə olan marağı bir ömür onu hərbiçi  kimi formalaşmasında böyük rol oynayır.  2010-cı ilin mart ayında “Gizirlərin hazırlığı” kursunu bitirir və gizir rütbəsini alır. 2010- cı ilin dekabr ayından isə Xüsusi Təyinatlı Qüvvələr kursunu keçir. 2011-ci ilin iyun ayında Xüsusi Təyinatlı Qüvvələr qrupunun kəşfiyyatçı vəzifəsinə təyin olunur. 2014-ci ildən şəhid olan günə qədər N saylı hərbi hissənin xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçı vəzifəsində çalışır. Sentyabrın 27-də Ermənistanın işğal etdiyi ərazilərimizin azad olunması üçün başlanan Vətən müharibəsində igidlik göstərərək Cəbrayıl və Füzuli rayonunun azad olunması uğrunda gedən ağır döyüşlərdə şücaətliklə vuruşur.                                      
2020-ci il 20 oktyabr... Füzuli rayonu uğrunda gedən döyüşlərdə 31 yaşlı qəhrəmanımız  şəhidlik zirvəsinə ucalır.  Döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə döyüşçü doğulub boya-başa çatdığı Lerik rayonu Bibihoni kəndində dəfn olunmuşdur.                                                        
2015-ci il iyul ayının 26-da sevib-seçdiyi Mətanət adlı xanımla ailə həyatı qurur. 4 yaşlı Məsumə və 1 yaşlı Hökümə adlı qızları bizlərə əmanət olaraq qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası  Silahlı Qüvvələrin giziri Həşimov Tərzan Qəhrəman oğlunu bir sıra medallarla təltif edib:                                                                    
III dərəcəli “Qüsursuz xidmətə görə” medalı       
“Azərbaycan Respublikası  Silahlı Qüvvələrin yaradılmasının” 95 illiyi medalı.      
“Azərbaycan Respublikası  Silahlı Qüvvələrin yaradılmasının” 100 illiyi medalı.           
“Vətən uğrunda” medalı  (ölumundən sonra).                             
“Cəsur döyüşçü” medalı  (ölumundən sonra).                             
“Cəbrayılın azad olunmasına görə” medalı  (ölumundən sonra).    
Tədbirin təşkilatçılığında yaxından köməklik göstərən   xeyriyyəçi Ramil Pirəliyevə, Rahid Eynullayevə, Sumqayıt şəhəri V.İbrahimov adına 35 saylı tam orta məktəbin   ibtidai sinif müəlliməsi Nigar Vəliyevaya, məktəbinin şagirdlərinə öz təşəkkürümüzü bildiririk öz dərin təşəkkürümüzü bildiririk. 

Yeni yaşın mübarək şəhid qardaşım!    

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”



                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ