Validə Küskün imzası çoxlarına yaxşı tanışdır. 2019- cu ildə Türkiyənin Sivas şəhərində şeir festivalı keçirilirdi.Azərbaycandan 25 nəfər şair- jurnalist də bu tədbirə qatılmışdı.
Sivas şəhərində türkdilli xalqların birgə çap olunmuş şeirlərindən ibarət antologiya kitabının təqdimat mərasimində iştirak etmək üçün biz də həmin mötəbər tədbirə əatilmişdiq.
Validə Küskün də bizimlə birlikdə bu tədbirdə iştirak edirdi.
Bu bir həftə ərzində Validə xanımın danışığı, geyimi, oturuşu duruşu , hərəkəti bizi çox qururlandırdı.
Həmin tədbirdən uğurla, ödullərlə qayıtdıq.
Validə Küskün şairə olmaqla yanaşı loğmandir, bəstəkardır, tənqidcidir .
İki körpə övladlarının vaxtsız itkisindən sonra uzun illər yataq xəstəsi olmuş Validə Küskün uzun illər stresdən qurtula bilməyən anlarda həkimlər ondan əlini üzmüşdülər. Lakin Validə Küskün özündə cəsarət tapmış və Allahın lütfü nəticəsində özü özünü türkəçarə dərmanlarla sağaltmışdır.Təcrubəli həkimlər onun sağalmasını bir möcüzə adlandırmışlar.Validə Küskün dərddən, qəmdən başına gələn hadisələri qələmə almış və aldığı təqaüdü ilə bir- birindən maraqlı kitablar yazmışdır.
Türkəçarə müalicə ilə sağalmağın yollarını yazaraq oxuculara təqdim etmişdir .
Validə Küskün eyni zamanda nəsihətsmiz kəlamları ilə kitablarını zənginləşdirmişdir.
Bu günlərdə Validə Küskün mənə bir kitab hədiyyə etdi.
" Söz xəzinəsi " adlanan kitabda hər cümlə bir nəsihət, bir hikmətlə doluydu.
Kitabı bir nəfəsə oxudum və Validə Küskünə əhsən dedim.
Bu kitab müəllifin oxucularla onuncu görüşüdür.
Qələm dostumuza uğurlar, can sağlığı , yeni - yeni yaradıcılıq uğurları arzulayırıq.
Rauf İlyasoğlu ,
" Həkəri" qəzetinin baş redaktoru.