Ağstafa RİH başçısı Seymur Orucov Qədiməliyev Ariz Raquf oğlunu icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edib. A.Qədiməliyev 2017-ci ilin fevral ayından Ağstafa RİH başçısı aparatının baş mütəxəssis-komendant vəzifəsində işləyib. 44 günlük Vətən müharibəsinin ilk günündən ehtiyatda olan zabit kimi ordu sıralarına qatılıb. Kəlbəcər və Şuşanın azad olunması uğrunda gedən hərbi əməliyyatların iştirakçısı olub. Bizdə “XeberTıme.az” informasiya portalı olaraq Ariz Qədiməliyevi məsuliyyəti və şərəfli vəzifəyə seçilməsi münasibəti ilə ürəkdən təbrik edərək ona sağlam həyat və işlərində bol-bol uğurlar arzulayırıq.
“XeberTıme.az”