SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi- FOTO\VİDEO

Tarix:18-04-2021, 00:55

“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır. Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234, 237-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-40-cı maddələri “Ərlə arvadın əmlaklarının hüquqi rejimi"  mövzusunu əhatə edən  fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı.                                   
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:



 
1. Qələndər Muxtarlı – Tarixçi, ekspert.  


                       
 
 
2. Əli Mustafayev - ADU-nin müəllimi, hüquqşünas  


                                                                 
3. Humay Qurbanova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.  

 
4. Gülşən Rüstəmova – Ailə psixoloqu    

 

Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.  



Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik. 

Yeganə Telmanqızı 
  
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ