SON DƏQİQƏ

İtkin sayılan hərbçilərin sayı AÇIQLANDI

Tarix:20-04-2021, 22:25

Vətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən Füzuli rayonunda, BeyləqanBərdəYevlax və Gəncə şəhərlərində döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanaraq dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə mərkəzlər yaradılıb.

XeberTıme.az  bildirir ki, bu barədə  Respublika Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, indiyədək ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub.
Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ