SON DƏQİQƏ

Əkbər Yusifoğlu laçınlıları təbrik etdi

Tarix:1-12-2020, 09:01

Laçın işğaldan azad olundu, gözün aydın olsun Azərbaycan! Bütün laçınlıları ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Laçın rayonunu bu gün Azərbaycana qaytarır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı müharibədəki uğurlu hərbi əməliyyatlar səbəb olub. Müzəffər ordumuz Ermənistan silahlı qüvvələrinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib, ərazilərimizi işğaldan azad edib. 
Azərbaycanın rəhbərliyinin göstərdiyi iradə ölkəmizin nə qədər güclü və qətiyyətli olduğunu nümayiş etdirdi. 
Xalqımıza bundan sonra xoş müjdəli qələbə xəbərləri arzulayıram.


QARABAĞ AZƏRBAYCANDIR!   

Əkbər Yusifoğlu                                                                                                                           Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü                                                                             Tanınmış vəkil 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ