SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:22-04-2021, 00:54

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra”  verlişi 24.04.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-128-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10 və 13-cü maddələri, “Nigahın etibarsızlığı", “Nigaha mane olan hallar” mövzularını  əhatə edən  fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                         

1. Humay Qurbanova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil. 
 
 
2. Cəlil Mahmudov– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.  
 

3. Sevinc Salehli- Psixoloq, həkim. 


4. . Ülviyyə Murtuzova – Yeni Nəsil Innovativ və Sosial Dəstək İctimai birliyin sədri və Kitabxana.net kitab portalının idarə heyətinin üzvü. Ailə məsələləri uzrə ekspert. 
  
Yeganə Telmanqızı 
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ