SON DƏQİQƏ

Şəhidlik zirvəsinin fatehləri Murad ömrü- FOTO\VİDEO

Tarix:23-04-2021, 11:41

Əsrin ziyalıları ictimai birliyinin  Ay TV 1 internet   televiziyasında  Moskvada çap olunan "Vətən çağırır" qəzetinin baş redaktoru , yazıçı-publisist   Gulsum Adilqızının Aprel döyüşlərində şəhid olmuş vətənimizin mərd, mübariz oğulları haqqında çap etdirdiyi iki kitabının təqdimat mərasimi keçirilmişdir.Gülsüm Adilqizınin sayca 27- ci kitabı olan" Şəhidlik zirvəsinin fatehləri" kitabı 2016- cı ilin Aprel döyüşlərində Müzəffər Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində hərbi xidmət edərək ərazi bütövlüyümüzü qoruyarkən  işğalçı düşmən qüvvələrinə qarşı  qəhrəmancasına döyüşərək şəhid olmuş zabit və gizirlərimizin həyat və döyüş yolundan bəhs edir.
Kitabda şəhidlərin valideynlərinin, döyüş yoldaşlarının xatirələri toplanmışdır.
Moskvada çap olunan
" Vətən çağırır" qəzetinin Bakı üzrə təmsilçisi, Azərbaycan Nəşriyyatında kompüter mərkəzinin rəhbəri, təcrübəli dizayner Ramiz Hümbətovun   böyük zəhməti hesabına
" Elm və Təhsil" nəşriyyatında nəfis tərtibatda çap olunmuş hər iki  kitabın redaktoru Sultan Orucoğludur.
Təqdim olunan kitabda    şəhid olmuş 31 nəfər XTQ- nin gizir və zabitləri haqqında  valideynlərinin, döyüş dostlarının xatirələri toplanmışdır.
Kitab Moskva vilayəti Ximki   şəhər dairə- icra başçısı aparatı yanında ictimai şuranın üzvü, 2011- ci ildən Ximki  şəhər sovetinin deputatı,
" Spravedlivaya   Rossiya " partiyasının Ximki şəhər üzrə sədri, " Azərros" un prezidenti, xeyriyyəçi Xanoğlan Sale oğlu Əliyevin maliyyə dəstəyi ilə çap olunmuşdur.
Gülsüm Adilqızının sayca 28 - ci kitabı isə " Murad ömrü" adlanır.
320 səhifədən ibarət və nəfis tərtibatda , yüksək poliqrafik və rəngli boyalarla  çap olunmuş  bu kitab da "Elm və Təhsil" nəşriyyatında  2000 tirajla çap olunaraq oxuculara və şəhid ailələrinə pulsuz yayımlanır.
Əsrin ziyalılarının Ay TV 1 internet   televiziyasında  Moskvada çap olunan "Vətən çağırır" qəzetinin baş redaktoru , yazıçı-publisist   Gulsum Adilqızının Aprel döyüşlərində şəhid olmuş vətənimizin mərd, mübariz oğulları haqqında çap etdirdiyi   hər iki kitabın təqdimat mərasimi keçirilmişdir.
Gülsüm Adilqizının sayca 27- ci kitabı olan" Şəhidlik zirvəsinin fatehləri" kitabı 2016- cı ilin aprel döyüşlərində Müzəffər Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində hərbi xidmət edərək ərazi bütövlüyümüzü qoruyarkən  qəhrəmancasına şəhid olmuş zabit və gizirlərimizin həyat və döyüş yolundan bəhs edir.
Kitabda şəhidlərin valideynlərinin, döyüş yoldaşlarınin xatirələri toplanmışdır.
" Vətən çağırır" qəzetinin Bakı üzrə təmsilçisi, Azərbaycan Nəşriyyatında kompüter mərkəzinin rəhbəri, təcrübəli dizayner Ramiz Hümbətov  böyük zəhməti hesabına  kitab hazırlanaraq çapa göndərilmiş və
" Elm və Təhsil" nəşriyyatında nəfis tərtibatda çap olunmuşdur. Hər iki kitabın redaktoru Sultan Orucoğludur.
Təqdim olunan kitabda   şəhid olmuş 29  nəfər XTQ- in gizir və zabitləri haqqında  valideynlərinin, döyüş dostlarının xatirələri toplanmışdır.
Kitab Moskva vilayəti Ximki  şəhər dairə- icra başçısı aparatı yanında ictimai şuranın üzvü, 2011- ci ildən Ximki  şəhər sovetinin deputatı,
" Spravedlivaya  Rossiya " partiyasının Ximki  şəhər üzrə sədri, " Azərros" un prezidenti, xeyriyyəçi Xanoğlan Sale oğlu Əliyevin maliyyə dəstəyi ilə çap olunmuşdur.
Gülsüm Adilqizınin sayca 28 - ci  növbəti kitabı isə
 " Murad ömrü" adlanır.
Bu kitab ( bədii - sənədli əsər)  Azərbaycan Silahlı Qüvvələrinin polkovnik -leytenantı,Xüsusi Təyinatlı Qüvvələrin  zabiti, şəhid Milli Qəhrəmanımız Murad Telman oğlu Mirzəyevin şərəfli ömür yoluna həsr edilmişdir.
Bu kitabın çap olunmasında Moskva vilayətinin Dmitrov rayonu üzrə Azərbaycan diasporunun sədri, 
Rusiya  Miqrantlar Federasiyasının Moskva vilayəti üzrə regional bölməsinin rəhbəri , xeyriyyəçi Hacı Seyran İsmayıl oğlu Hüseynovun zəhməti xüsusilə təqdirəlayiqdir.
Hər iki kitabın   Ay TV 1 internet kanalında  təqdimatı keçirildi.
Təcrübəli rejissor , şəhid qardaşı Cəlil  müəllim bir saatlıq verilişə yüksək səviyyədə   quruluş verərək sosial şəbəkədə yayılmasi üçün öz peşəkarlığını nümayiş etdirdi. 
Tədbirin aparıcısı, uzun illərdir ki, mətbuat sahəsində çalışan şair - publisist, redaktor  Rauf İlyasoğlu  qonaqları təqdim etdikdən sonra  hər iki kitabın müəllifi,  tədqiqatçı, yazıçı - jurnalist Gülsüm Adil qızına  sözü verərək yuxusuz gecələrinin hesabına, ürək ağrısıyla yazılmış sənədli əsərin  gənclərin vətənpərvər ruhda böyüməsində tarixi əhəmiyyətindən danışmışdır .
Gülsüm Adilqızı hər iki kitab haqqında geniş və əhatəli çıxış edərək xüsusilə vurğulamışdır ki,  kitabda haqqında yazdığı Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış vətənimizin qeyrətli oğullarının  haqqında faktlarla  məlumat toplayaraq    hər birinin evlərində olmuş, valideynlərini, bacı və qardaşlarını, müəllimlərini danışdıraq faktlarla zəngin olan bu  kitabları   ürək yanqısıyla ərsəyə gətirmişdir.
Şəhidlərimiz  haqqında   28 kitab yazmaq, şəhid ailələrinin iztirablarına dözmək, dərdlərinə  şərik olmaq, onarlarla birlikdə göz yaşları axidaraq kitab yazmaq mən deyərdim ki, əsl qəhrəmanlıqdır.
Gülsüm Adilqızı belə vətənpərvər ziyalılarımızdandır.
Ağ saçlı ananın bu fədəkarliğı alqışlarla layiqdir.
Azərbaycan Nəşriyyatınin 4-cu mərtəbəsindəki kompüter mərkəzinin rəhbəri , təcrübəli dizayner, naşir, Ramiz Hümbətovun bu kitabın ərsəyə gəlməsində zəhməti böyük olmuşdur. Hər gün səhər saat 7- dən axşam saat 19-00 a qədər müəlliflə birlikdə kompüter arxasında oturaraq gözlərinin yağını əridən cəfakeş insandir Ramiz müəllim.
Aparıcı yüzlərlə kitabların ərsəyə gəlməsində əməyi olmuş və Moskvada nəşr olunan " Vətən çağırır" qəzetinin Bakı təmsilçisi Ramiz Hümbətova sözü verdi. Ramiz müəllim Gülsüm Adilqizina və hər iki  kitabın ərsəyə gəlməsində maddi və mənəvi köməklik göstərmiş , Moskvada xalqımızın adını  şərəflə ucaldan  eloğlumuz Xanoğlan Əliyevə və Hacı  Seyran Hacıyeva , eləcə də  yüksək səviyyədə çap olunan kitablara görə
 " Elm və Təhsil" nəşriyyatının direktoru,
professor Nadir Məmmədliyə  təşəkkürünü bildirdi.
Qəbələ rayonunun Bum qəsəbəsindən gəlmiş şəhid anası Şəhla xanım Şirinova  Gülsüm Adilqizina təşəkkürünü bildirərək demişdir; Gülsüm Adil qızı bizim evimizdə olmuş, ömür yoldaşımdan , oğlum şəhid leytenant Sahil Şirinova bir vaxtlar dərs demiş orta məktəb müəllimləri ilə görüşərək geniş müsahibə hazırlayaraq rəngli şəkillərlə bu kitaba daxil etmişdir. Gülsüm xanım Qəbələyə  bizə gələrkən mən talassemiyalı xəstə olan üç nəvəmi Bakıya gətirmişdim.
Kitabı vərəqləyərkən fikirləşirəm ki, Azərbaycanı qarış -:qarış gəzərək şəhid ailələrinin evlərində olmaq, şəhid valideynlərini danışdırmaq, onların ürək sözlərini qələmə almaq həm məsuliyyətli, həm şərəfli, həm də çox çətindir.Ozu də  təmənna güdmədən. Budur əsl vətənpərvərlik.
Astara rayonunun ucqar dağlıq zonasında meşələr qoynunda yerləşən  Asxanakəran kəndində  uyuyan gizir qəhrəmanımız şəhid Pəncəli Teymurovun məzarını ziyarət edən, igid vətən oğlunun ev muzeyində olan və Vahimə anayla , övladlarıyla görüşərək qəm , kədərlə dolu, lakin şərəfli  anları kitabda geniş əhatə etmək müəllifin peşəkarlığından irəli gəlir.
Xüsusi təyinatlı Qüvvələrin zabiti, hərbi hissə komandiri olaraq döyüşə irəlidə gedən polkovnik leytenant Raqub Orucov haqqında , eləcə də   Aprel döyüşlərində duşmənin belini qıran   29 nəfər XTQ- in  cəngavər oğullarımızı  kitablarında əbədiləşdirən Gülsüm Adilqızı  növbəti kitablarında 44 günlük müharibədə bizə qələbə qazandıran hər bir şəhid haqqında  yazacağını bildirdi.
" Şəhidlik zirvəsinin  fatehləri" kitabının son vərəqində Ramiz Hümbətovun bir vərəqlik yazısı bizi çox duyğyandırdı.
13 yaşlı Yağmur Müşviq qızı Gülsüm Adilqizınin kitabının çap olunmasını səbirsizliklə gözləyirdi.
Kitabın tamamlanma ərəfəsində körpə qızcığazın səhhətində ciddi problemlər yaranır. Xahiş edir ki, məni Şəhidlər Xiyabanına aparın.
Yagmurun fikri- zikri şəhidlərin ruhunun yanında idi.
Yaşına yaraşmayan bu dərd -qəm Yağmurun səhhətinə də öz təsirini göstərdi. 2021 - ci ilin fevral ayınin 17- də əzizlərinin, həkimlərin səylərinə baxmayaraq onun da dağ boyda böyük ürəyi əbədi dayandı.
Çox təəssüf ki, həmişə bu kitabın eşqi ilə yaşayan Yağmura kitabın çap variantını görmək nəsib olmadı.
Gulsum Adilqızı bildirdi  ki, biz tezliklə Yağmurun məzarını ziyarət edib bu kitablardan onun valideynlərinə də çatdıracağıq.
Gülsüm Adilqızı biləndə ki, rejissor Cəlal müəllimin   qardaşı 1992 ci ildə və tədbirin aparıcısı nin da qardaşı oğlu Asiman Niyaz oğlu Allahverdiyev  44 günlük müharibədə Füzuli və Cəbrayılın erməni quldurlarından azad olunmasında igidliklər göstərərək şəhid olmuşlar, növbəti kitablarinda   şəhidlərimiz haqqında yazacağımı bildirmişdir.
Qobustan rayonunda  şəhid Okean Babaoğlu adina Bədəlli kənd orta məktəbin 6- ci sinif şagirdi , hərbi formada tədbirə dəvət olunmuş Məhsəti Bəndəliyeva şair İman Abdullayevin yazdığı " Azərbaycan- Türkiyə " şeirini   məharətlə söylədi.
Sonda Rauf İlyasoğlu şəhid anası Şəhla 
Şirinovaya,  vətənpərvər ziyalılarımız  Gülsüm Adilqızina, Ramiz Hümbətova, məktəbli Məhsəti Bəndəliyevaya,  Əsrin Ziyalıları verilişinin direktoru şair Məleykə Göyçəliylə və Ay tv1 kanalının rejissoru Cəlil müəllimə  təşəkkürünü bildirdi və vaxtilə yazdığı bir şeirindən bir bəndi söyləməklə tədbir başa çatdı;
Şəhidlər ölməzdir, vətən bölünməz ,
Onlar ən yüksəkdə zirvələrdədir, 
Duyğusu olmayan bu hissi bilməz, 
Şəhidlər əlçatmaz zirvələrdədir.
Tədbir iştirakçılarına kitablar hədiyyə olundu və xatirə şəkli çəkildi.

Sizə verlişin video linkin təqdim edirik. 


Rauf İLYASOGLU, 
" Həkəri qəzetinin baş redaktoru, şair- publisist,
Xəbər time.az, Günaz az və bir çox saytların əməkdaşı.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ