SON DƏQİQƏ

28 illik həsrətə son qoyuldu -FOTO

Tarix:1-12-2020, 21:48

Laçın zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır.
Uzun illərin Laçın həsrətinə  son qoyuldu.
Mənfur ermənilər Laçını tərk edərkən yenə də alçaq simalarını göstərərək meşələri yandırır, evləri viran qoyaraq rədd oldular. Ermənilər barışmağa da üz qoymadılar. İşğalçılar 30il ərzində bizim ərazilərimizdə ən cirkin niyyətlərini etmişlər.
Lacindan çıxan ermənilər hər tərəfə minalar bastıraraq öz  riyakar xislətlərini göstərmişlər.
Nəhayət ki, xalqımızın səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Müzəffər ordumuz Laçın şəhərinə daxil oldu. Bu şanlı qələbə münasibəti ilə bütün Laçınlıları , bir sözlə türk dünyasını təbrik edirəm. Tezliklə Laçın torpağı da minalardan təmizlənəcək , yenə də bu yerlərdə ocaqlar qalanacaq, insanlar mehriban yaşayacaqlar.
Uzun illər vətən həsrətiylə çap etdirdiyiniz Həkərimiz də Həkərimizə , Lacinimiza, Qubadlımiza,  qovuşdu. Mənbəyini Laçının Minkənd dağlarından ,bulaqlardan götürən Həkəri çayımız da azadlığa qovuşdu.
Həkərimiz yenə də doğma əllərinizə laylay çalacaq, öz bərəkətini xalqimizdan  əsirgəməyəcəkdir.
28 illik Laçın həsrətinə son qoyuldu .
Şəhidlərimizin ruhları da sevindi  Biz şəhidlərimizə borcluyuq. 
Biz qazilərimizə borcluyuq. Yaralı əsgərlərimizə şəfa diləyirik. 
Bir vaxtlar göz yaşları ilə şəhid Bayram Məhəmməd oğlu Məmmədovun əziz xatirəsinə həsr etdiyim 451 səhifəlik 
" Bayramsiz Laçın, Lacınsız Bayram " kitabımı xatırlayıram.
Səhid atası 87 yaşlı Məhəmməd dayını ,  şəhid anası Zərif nənəni ,bütün şəhid ailələrini, təbrik edirəm.
Laçın deyə -;deyə dünyasını dəyişən doğmalarımızı  ehtiramla xatırlayıram. Ruhlarımız şad olsun Əzizlərim! Alçaq ermənilər qəbirsanliqlarımizi dağıtsalar da,  ruhlarımız azadlığa qovuşaraq  sevinir. 
Ağdam , Kəlbəcər və Laçın  rayonunun alınması Azərbaycan Prezidentinin diplomatik fəaliyyətinin nəticəsidir .
Torpaqlarımızın azad olunmasında Azərbaycana dəstək olan qardaş Türkiyəyə , eləcə də digər  dövlətlərə  təşəkkürümüzü bildiririk.
Növbəti kitabımı   igidlər yuvası, qartallar məskəni Lacınımızın gözəlliklərinə həsr edəcəyəm.
Lacınin əsl sahibi özünə qayıtdı. Rayonlarımızın işğaldan azad olunmasının bayram günlərini geniş miqyasda qeyd edəcəyik. Düşmənlərimiz vurduğu ziyankarliga , cinayətə  vandalizmi görə  cavab verəcək, təzminat  ödəyəcək.
Noyabr ayının 20-dən dekabr ayının 1- nə keçən günü şanlı ordumuz Laçına daxil oldu.  Gözləriniz aydın Həkəri sevənlər .
 Gözləriniz  aydın Laçın. Gözləriniz  aydın Həkəri .
Gözlərin aydın Azərbaycan.
 
Qarabağ Azərbaycandır. 
Ali Baş Komandanim başda olmaqla müzəffər ordumuzun gözləri aydın.

Rauf İlyasoğlu                                                                                                     "Həkəri"  qəzetinin baş redaktoru

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ