SON DƏQİQƏ

Qubadlı cəngavərlər yurdudur

Tarix:25-04-2021, 12:04

Şəfalı əlləri ilə necə- necə xəstələrə şəfa verən üz-çənə üzrə məşhur cərrah,   görkəmli alim , professor  Baxış Hüseynovla söhbət edərkən 
Qubadlı cəngavər, oğuz yurdudur,
Hər kəndi qəhrəman igid ordudur.
Qaçaq Nəbi səs salardı cahana,
Kişi Tavat, Həcər, borcluyuq ona.
Kamran Hüseynovla, Əmiraslanov,
Süleyman Rəhimov, həm Əlixanov.
Neçə generalı, naziri olub,
Aslan bəy Sultanov burda doğulub.
Həsən bəylə Mir Mehdi Xəzani,
Sarı Aşıq oyadıbdır cahanı.
Mir Sədi ağadır elin dayağı,
Oğlu Məhəmməddən çəkinir yağı.
Əlyarla fəxr edir bütün obamız,
Azalmasın eldən, yanan sobamız.
İlyas Qəmgin bu torpağa bağlıdır,
Vətənsiz qaçqının qəlbi dağlıdır,
Əhliman Axundov bir tarix  yazdı.
Ucalsa heykəli, yenə də azdır,
Dastanlar, nağıllar toplayıb bizə,
Düşmən gözlərinə sancılsın nizə.
Aslan bəy Sultanov yaşayır hər an,
Zəngəzuru qoruyurdu qəhrəman.
Daşnak erməniyə qarşı vuruşdu,
Satqınlar qıyğılar, ara qarışdı.
Bolşeviklər düşmən etdi bəyləri,
Bəylər qoruyurdu eli, sərhəddi.
Niftalı, Şəmil bəy Sultanov nəsli,
Onların olubdur həm kökü, əsli.
Tarixi yazanlar, ya da yazdıran,
Kimdir bəyə, xana quyu qazdıran?
Allahverdi Zəngəzura bağlıdır,
Vətənsiz qaçqının qəlbi dağlıdır.
İndi harda qalıb Alı nərəsi,
Düşmənlə doludur yurdun dərəsi.
Faiq Abdullayev arxivi açdı,
Əsl qəhrəmanlar qəlbə yol açdı.
Sultanov soyunu daşıyan alim,
Yalan yazanlara olubdur zalim.
Qəhrəman oğullar qəlbimdə yaşar,
İgid sərkərdələr zirvələr aşar.
Ramiz Rövşən yazır,  yanıb, yaxılır,
Duyğulu sətirlər qəlbimə axır.
Yelmar Məmmədov da xeyriyyəçidir,
Fəxrəddin qəhrəman bir hərbiçidir,
İlyasla İnqilab əsl jurnalist,
O vaxtkı kişilər yazıblar səlist.
Niyaz babam “hay”a çox qan uddurub,
İndi ermənilər necə qudurub?
Gözəl yazıçımız Cəlal Bərgüşad,
Nurlu kişilərin ruhu olsun şad.
Valeh Bərşadlı da  bir mayak olub,
Generallar yurdu viranə qalıb.
İsgəndərov nəsli yadda qalıbdır,
Mərdlər, dostlarını yada salıbdır.
Baxış həkim alim, böyük cərrahdır,
Ona dayaq olan qadir Allahdır.
Qarabağ döyüşü başlayan zaman,
Başçı göndərildi bölgəyə haman.
Təmiz, səliqəli işi naxışdı,
Cərrah dostumuzun adı Baxışdı.
Sarsıldı ətrafa baxarkən o an,
Hərə dağıdırdı bir yana yaman.
Qarışmışdı yağ, anbarda, düyüyə,
Hamı bir bənd idi, bir haya, küyə.
Əsgərin “payok”un komandir alır,
Soyuqda əsgərlər yaman ac qalır.
Valeh Bərşadlıdan başçı dərs alıb,
Vətən həsrətiylə alışıb, yanıb.
Anbardarı tutub saldı o dama,
Kömək də göndərdi Laçın, Ağdama.
Altı batalyonu dərhal yaratdı,
Könüllü əsgərlər dadına çatdı.
Toplardan bir anda mərmi atıldı,
Gorus boz dumana, qana qatıldı.
Dığalar qaçışdı Sisyana sarı,
Gizləndi dərədə, kahada, barı.
Ermənilər o vaxt, yaman yas tutdu,
Rəhim Qazıyevlər bəs niyə yatdı?
Dedi: Baxış həkim cəbhəçi deyil,
Get işlə həkimsən, hörmətli sayıl.
Baxışın adı tək sərt baxışından,
Erməni əsirdi sərt çıxışından.
Baş nazirdən əmr gəldi azadsan,
Belə əmr verən millətə yadsan?
Bəzən çaqqal keçir yuxarı başa,
Şirsə buxovlanıb çırpılır daşa.
Baxış həkim cəbhəçi olmasa da,
Şir cürətli bir komandir olsa da.
Yurdu viran qalan hey yaxılsa da,
Şimşəktək qayaya hey çaxılsa da.
Yeddi ay işlədi, nələr yaratdı,
Düşməni qovanı, Rəhim, çıxartdı.
Çox biclik yağırdı nazir gözündən,
Qubadlılar tanıyırdı sözündən.
Şahin Musayevlər fitnə törətdi,
Qubadlılar onu yaman mələtdi. 
“Ermənilər gəlir, tez çıxın” - dedi, 
Belə generallar bil, satqın idi. 
Onu zirzəmiyə saldı oğullar, 
Xəbər tutdu Rəhim Qazı çuğullar. 
Hərbi nazir onu tez azad etdi, 
Qubadlı əlimizdən bax belə getdi. 
Kəşfiyyat rotamız  təqib olundu, 
"Qaranquş" dəstəsi nədən həbs oldu? 
Bəraət alacaq nə vaxtsa onlar, 
O zaman xalqımız çox  sirri anlar ...
Batalyonlar qəfil, tez ləğv olundu,
Naşı, gənc əsgərlər səfərbər oldu.
Komandirlər qəfil Bakıya gəldi,
Başsız qalan yurdlar qəlbimi dəldi.
Qubadlı, Laçından aralı düşdü,
Şuşa oda yandı, qəlbimi deşdi.
Başbilənlər kabinetdə yatışdı.
Vəzifə böldülər başlar qatışdı,
Təlimsiz əsgərlər dala çəkildi,
Qorxaqlar, satqınlar qaçıb əkildi.
“Cəbhə”çi adıyla at oynadanlar,
Torpağı satanlar, qan qaynadanlar.
Torpaq meyvə deyil alver edəyin?
Kişitək döyüşüb şəhid gedəyin.
Vətəni satanlar zəlil olacaq,
Yurdu azad edən yadda qalacaq.
Bu gün azad olub necə yurdumuz, 
İlhamla irəli, şanlı ordumuz.
Rauf , yaz tarixi gələcək nəslə,
Hər kəsi Rəbbimin yoluna səslə.

Rauf İlyasoğlu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ