Bu günlərdə AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin aparıcı elmi işçisi, fil. ü.f. d., dos.Tacir Səmiminin "Uğurlu adam" kitabı nəşr olunub. Kitabın ön söz müəllifi və redaktoru institutun baş mütəxəssisi Afaq Mustafayeva, baş məsləhətçisi şair, publisist Zakir Şəhriyaz, rəyçisi , institutun aparıcı elmi işçisi, fil.ü f.d.,dos. Sönməz Abbaslıdır. Kitabda əslən Zəngilan bölgəsinin Sobu kəndindən olan Hacı Həsən Hüseyninin soy-kökü, mənsub olduğu tayfanın adamları, onun həyatından epizodlar, hacının xeyirxahlıqları haqqında qeydlər, məqalələrindən örnəklər, rəvayətlər ("Ağa sahəsi"), ("Ağalıq otağı"), ("Gərək düzünü deyəsən"), ("Axmaq adam"), ("Artıq pulun faydası"), ("Allah deyən oldu"), ("Üç hörmətli adam"), ("Vaxtı deyil"), ("İştaha ilə yeyilən çörək" və s.), "Budaq və Lələ" dastanı, bayatılar toplanıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 275 səhifəlik kitab ECOPRİNT nəşriyyatında çap edilib.
" Həkəri" qəzetinin növbəti sayında milli mənəvi dəyərlərimiz mövzusunda yazılmış kitab haqqında daha geniş məlumatlar əldə edə biləcəksiniz.
Rauf İlyasoğlu