SON DƏQİQƏ

“Eurovision 2021”in səhnəsi belə olacaq

Tarix:26-04-2021, 10:58

Bildiyimiz kimi, “Eurovision 2021” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində reallaşacaq.
XeberTıme.az  xəbər verir ki, 18-22 may tarixlərində Rotterdamın “Ahoy” arenasında təşkil olunacaq yarışmanın səhnəsi artıq hazırdır.

Bu barədə müsabiqənin İnstaqram səhifəsində məlumat verilib. Hazırda mütəxəssislər səs, işıq və video effektlərini sınaqdan keçirirlər.

Qeyd edək ki, “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi ötən il koronavirus pandemiyası səbəbilə ləğv edilmişdi. Bu il 65-ci dəfə təşkil ediləcək yarışmada Azərbaycanı müğənni Samirə Əfəndi “Mata Hari” mahnısı ilə təmsil edəcək. O, mayın 18-də birinci yarımfinalda çıxış edəcək.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ