SON DƏQİQƏ

Baloğlan Əşrəfov dəfn edildi

Tarix:27-04-2021, 13:13

Əməkdar artist Baloğlan Əşrəfov son mənzilə yola salınıb, o doğulduğu Masallı rayonunun Bədalan kəndində anasının məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimi pandemiya qaydalarına uyğun olaraq, məhdud sayda şəxsin iştirakı ilə həyata keçirilib.
Xatirladaq ki, Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.
1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi “Turac təranələri” radio olimpiadasının qalibi olub.
1974-cü ildə keçirilən “Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı”nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.
İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edib. Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.
2007-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.

Allah rəhmət eləsin!

“XeberTıme.az”
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ