SON DƏQİQƏ

Şəhid analarına iftar süfrəsi verildi+ FOTOLAR

Tarix:27-04-2021, 13:59

İftar süfrəsi Vətən müharibəsi qazisi Həsən Yaqubovun doğum gününə təsadüf etdiyi üçün onun yeni yaşı da qeyd olundu. Məhəmməd peyğəmbər iftarın savabı haqqında buyurur ki, “Kim oruc tutan şəxsə hətta bircə xurma ilə iftar verərsə, Allah yolunda bir qul azad etmiş olar”.                                             
Azərbaycan xalqının tarixən formalaşmış süfrə mədəniyyətinin içərisində Ramazan süfrəsi xüsusi yer tutur. Ramazan süfrəsi bütün digər süfrələrdən daha üstündür. İftar süfrəsi bəşər mədəniyyətinin indiyədək yaratdığı ən ecazkar, ən cəlbedici və müqədəs süfrəsidir.          
Sumqayıt şəhərində 26.04.2021-ci il tarixində qəhrəman oğullar böyüdən şərəfli yolda şəhidlik zirvəsinə ucalan oğullarımızın nur üzlü analarına iftar süfrəsi verildi.             
Əvvəlcə Müqəddəs ramazan duaları oxundu, şəhidlərin ruhuna dualar oxunaraq onlara Allahdan rəhmət diləndi. Məclisə şəhid anaları, ataları, bacıları, qardaşları, şəhid həyat yoldaşları, şəhid övladları və sağlamlığını Vətəni, xalqı yolunda itirən  qazilərimizdə dəvət olunmuşdur.          
Hacı Elşən Xəzər şəhidliklik məqamından, şəhidlik zirvəsindən, bu zirvənin əlcatmaz olduğundan söhbət acdı. Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf Sərdarov, Hacı Mirfəyazağa, Sumqayıt şəhər icra nümayəndəsi Tərlan Hacızadə, müğənni, qəzəlxan Elnur Ağdamlı  şəhidlərin anaların səbr arzuladılar: ”Xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsini yazan  şəhidlərimiz bizim zəfər, qələbə tariximizdir. Şəhidlərimiz heç zaman unudulmur, heç zamanda unudulmayacaq! Nə qədər Azərbaycan xalqı yaşayır onlarda əbədi qəlblərdə yaşayaraq tanınacaq”. 
Vətən müharibəsi qazisi  Həsən Yaqubovun doğum günü bu günə təsadüf edirdi. Əfsanəvi şəhidimiz Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayyə Həşimova Həsən Yaqubovu doğum günü münasibəti ilə təbrik edərək ona can sağlığı, uzun ömür arzuladı. Sonra söz Aprel döyüşlərinin qəhrəmanı şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova da öz adından və bütün şəhid analarının adından  məclisin təşkilatçılarına öz təşəkkürünü bildirərək qazi Həsən Yaqubova can sağlığı, şəfa arzuladı. Qazimiz Həsən Yaqubov ona hədiyyə verilən tortları şəhid anaları ilə kəsərək onların yanında olmağından qürur duydu.                     
Sonda “Ümüd Xeyriyyə Cəmiyyəti” tərəfindən qonaqlara Ramazana aid kitab hədiyyə edildi.   
Məclisin yüksək səviyyədə təşkil etdikləri üçün “Ümüd Xeyriyyə Cəmiyyətinin” rəhbəri Raya Məlikovaya, “XeberTıme.az” informasiya portalının  rəhbəri Yeganə Telmanqızna, Sumqayıt şəhərində fəaliyyət göstərən “Ləziz dad” şirniyyat evinin rəhbəri rəhbəri, xeyirxah əməllər sahibi Polad Məmmədova, Vəfa xanıma, Ömər ustaya, Sumqayıt şəhərində fəaliyyət göstərən “Banu” Şərq şirniyyat evinin rəhbəri Samir Süleymanova, Durna xanıma,  xeyriyyəçi dostlarımız  “XeberTıme.az”  informasiya portalının əməkdaşı  Azər Dünyamalıyevə, Ramil Pirəliyevə, Rahid Eynullayevə, iş adamı, xeyriyyəçi Rafiq Xəlilə,  xeyriyyəçi xanım Gulşən Quliyevaya, Sumqayıt şəhəri V.İbrahimov adına 35 saylı tam orta məktəbin   ibtidai sinif müəlliməsi Nigar Vəliyevaya və məktəbin şagirdlərinə, Laçın rayon 5 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Aynurə Abdullayeva, “Şəhidlər Unudulmur” lahiyəsinin təsisçisi və aparıcısı  telejurnalist- xeyriyyəçi Sevda Bəxtiyarqızına, Sumqayıt şəhərində fəaliyyət göstərən “Salami” restaranın rəhbərliyinə və işçi personalına   öz təşəkkürümüzü bildiririk. 
Allah qəbul eləsin! 

Yeganə Telmanqızı                                                         
“XeberTıme.az”
 








 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ