SON DƏQİQƏ

Sumqayıtda bir nəfər liftin şaxtasına düşərək ölüb

Tarix:25-11-2021, 21:08

Sumqayıtda fəaliyyət göstərən müəssisələrin birində bədbəxt hadisə baş verib. Müəssisənin icarədarı iş yerində şaxtaya düşərək ölüb.XeberTıme.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində fəaliyyətini dayandıran istehsal müəssisələrindən birində qeydə alınıb.
Məsələnin təfərrüatlarını öyrənmək üçün müəssisədə olduq. Öyrəndik ki, ehtiyatsızlıq nəticəsində müəssisənin əməkdaşı 65 yaşlı Vaqif Əliverdiyev ölüb.
O, həm də müəssisənin icarədarı olub. Vaqif Əliverdiyev binanın 4-cü mərtəbəsində liftin yuxarı çıxmasını gözləyib. Qapı açılıb, lift gəlmədiyindən o boşluğa düşərək ölüb.
Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır
.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ