SON DƏQİQƏ

Sumqayıtda ağır qəza - 13 nəfər yaralandı

Tarix:15-03-2022, 22:00

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var. 
XeberTıme.az   xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb. Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.
 
Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
 
Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.


“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ