SON DƏQİQƏ

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tarix:19-10-2022, 08:51

Bakının Nəsimi rayonunda yol qəzası qeyd alınıb.
XeberTıme.az APA-ya istinadən xəbər verir ki, qəza Şamil Əzizbəyli və Mirəli Qaşqay küçələrinin kəsişməsində baş verib.
Elnur Salamov idarə etdiyi “Toyota” markalı avtomobillə Şamil Əzizbəyli küçəsi ilə əsas yoldan keçərkən kəsişmədə olan “Ravon” markalı maşına çırpılıb.
“Ravon”da olan sürücü və qadın sərnişin ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ