SON DƏQİQƏ

İki qardaşın “siçan dərmanı” yeyərək ölməsi haqda tükürpədici TƏFƏRRÜAT - VİDEO

Tarix:12-11-2022, 21:46

Bakıda azyaşlı qardaşlar faciəvi şəkildə ölüblər.
XeberTıme.az  xəbər verir ki, tükürpədici hadisə bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonu, Ramanı qəsəbəsində qeydə alınıb.
Uşaqların babası Akif Pirəliyev deyib ki, hadisə baş verən gün uşaqların anası evdə olub və həyətdə iş görürmüş.
Onun sözlərinə görə, dərmanı yedikdən sonra 2 yaşlı Onur və 5 yaşlı Akifin yuxusu gəlib. Uşaqları yatızdırdıqdan sonra ana onların yanına gəlib və dəhşətli mənzərənin şahidi olub. Azyaşlılar xəstəxanaya çatdırılsa da, artıq gec olub.
Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Xəzər TV-nin videomaterialını təqdim edirik:

“XeberTıme.az” 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ