SON DƏQİQƏ

Bakıda üçmərtəbəli yaşayış binasında yanğın olub, üç nəfər zəhərlənib

Tarix:26-05-2023, 09:46

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.
XeberTıme.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan 2 otaqlı mənzilin bir otağına yığılan məişət və taxta tullantıları 15 kvadratmetr sahədə yanıb.
“Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə nazirlikdən bildirilib.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ