Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb. Xəsarət alan yoxdur.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
XeberTıme.az