SON DƏQİQƏ

Sumqayıt travmatologiyasında gənc gəlinin başın kəsdilər

Tarix:9-08-2024, 15:15

Sumqayıtda qətl hadisəsi baş vermişdir
XeberTıme.az xəbər verir ki, bu gün Sumqayıt şəhər təcili yardım xəstəxanasının üçüncü korpusunun ikinci mərtəbəsində travmatologiya şöbəsində qətl hadisəsi baş vermişdir. Saat 12:30 radələrində travmatologiyada xəsarətlə yatan  23 yaşlı Cəmilə Rəsulovanın qaynı İsrail Rəsulov Cəmiləyə müxtəlif bədən xəsarətləri yetirərək başını kəsmişdir.  Cəmilə Rəsulovanın meydi Sumqayıt şəhər məhkəmə tibbi ekspertiza və patoloji anatomiya şöbəsinə təhfil verilmişdir.
Faktla bağlı araşdırma aparılır.  

Sumqayıt şəhər Səhiyyə şöbəsinin mətbuat xidmətindən verilən məlumata görə   Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) 07.08.2024-cü il tarixində saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Hündürlükdən yıxılma, sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu qoyulan pasiyent Travmatologiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib. 
09.08.2024-cü il saat 12:00 radələrində xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq, onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.  
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır.
Qeyd edək ki, meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.





Yeganə Telmanqızı                                   
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ