SON DƏQİQƏ

Bakıda güclü yanğın: Təcili yardım briqadaları hadisə yerində

Tarix:30-08-2024, 16:11

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.08.2024-cü il tarixində saat 14:55-də Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.
XeberTıme.az  xəbər verir ki, bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.

Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi-Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 XeberTıme.az
     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ