İkinci kurs tələbəsi özünü yeddinci mərtəbədən atdı
09.09.2024-ci il tarixində Sumqayıtda 21 yaşlı tələbə Fuad İsmayılov özünü binadan ataraq dünyasını dəyişib. O şəxsi münasibətlər zəminində bu addımı atdığı bildirilir.
Qeyd edək ki, 2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsi olub. Ailədə iki uşaq olublar.
Hadisə Sumqayıt şəhər 9-cu mikrorayonunda qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
XeberTıme.az