Sumqayıt şəhərində qadın dəm qazından boğulub.
Oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
XeberTıme.az bildirir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb. 1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova dəm qazından boğularaq ölüb.
2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə zamanı Şövkət Süleymanovanın qızı və nəvəsi da evdə olub. Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
XeberTıme.az