SON DƏQİQƏ

Xırdalanda güclü partlayış: Dağıntılar altında qalanlar var - VİDEO

Tarix:25-01-2021, 19:34

Abşeron rayonunda evdə partlayış baş verib.
XeberTıme.az xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.
Partlayışdan sonra yanğın başlayıb.
1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb.
Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir. Bu istiqamətdə xilasedicilər tədbirlərini davam etdirir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ