SON DƏQİQƏ

Sumqayıtda yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib-VİDEO

Tarix:7-12-2024, 18:47

Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib.
XeberTıme.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın ikinci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bir azyaşlı olmaqla ümumilikdə beş nəfər bina sakini təxliyə olunub.
Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.
Mənzillər yanğından mühafizə olunub.  




XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ